Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

““Tərtər işi” ilə bağlı daha böyük həbslər olacaq” - Fazil Mustafa

Tarix: 12-02-2022 17:18     Baxış: 3218 A- / A+
“Tərtər işi” ilə bağlı proses öz axarı ilə gedir. Mənə elə gəlir ki, daha böyük həbslər olacaq”.
Manevr.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa “Tərtər işi” ilə bağlı həbs olunanlarla bağlı danışarkən deyib.
Onun fikrincə, istintaq yenidən başlayıbsa, burada heç bir güzəşt ola bilməz:
“Baş Prokurorluqdan bildirilib ki, istintaqa cəlb olunmayan kimlər varsa, müraciət etsinlər, onların müraciəti əsasında məsələ bir daha araşdırılacaq. İstintaq tamam olmamış öncədən konkret nəsə demək doğru deyil. Hazırda “Tərtər işi” ilə niyə az insan həbs olunub?” deyə bilmərik. İstintaq yenidən başlayıbsa, burada başqa bir güzəşt ola bilməz. İçimizdə şübhə gəzdirmək doğru deyil. Əgər məqsəd bu işi ört-basdır etmək olsaydı, heç yenidən bunu başlatmağa gərək qalmazdı. Bu məsələ ölkə başçısının nəzarəti altındadır. Fikrimcə, bu gizlədilməli bir məsələ olmayacaq və məsələnin üzərinə ciddi şəkildə gediləcək. Yəqin ki, nəticəsi də olacaq. Hələ ki gözləməliyik, çünki proses öz axarı ilə gedir. Mənə elə gəlir ki, daha böyük həbslər olacaq”./bakupost.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar