Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

"Ermənistan Azərbaycana təzminat ödəməlidir" - Rusiyalı hərbi ekspert facebook sharing button

Tarix: 11-02-2022 17:15     Baxış: 4200 A- / A+
“Ermənistanın işğalçılıq siyasəti nəticəsində vurulan maddi ziyana görə Azərbaycana təzminat ödənişi məsələsi əsaslı olaraq müzakirəyə çıxarılmalıdır”.
Manevr.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko bildirib.
O, Ermənistanın törətdiyi dağıntıları qiymətləndirib: “Qarabağda az qala hər şeyin ucdantutma məhv edildiyi nəzərə alınsa, ödəniləcək təzminatın 100 milyard dollar həcmində olacağı şübhə doğurmur. Sözsüz ki, Qərb ölkələrindəki erməni lobbisi də, erməni diasporu da bu məsələnin baş tutmaması üçün yerli hökumətlərə hərtərəfli təzyiqlər göstərəcək”.
Rusiyalı ekspertin fikrincə, Ermənistanın işğal etdiyi torpaqlarda törətdiyi dağıntılara görə Azərbaycana təzminat ödəməsi istiqamətində beynəlxalq hüquq çərçivəsində məsələ qaldırılmalı, əsaslandırılmalı, həll edilməsi üçün beynəlxalq birliklə birgə addımlar atılmalıdır: “Bu məsələni qaldırmaq, beynəlxalq qurumların müvafiq qərarlar vermələrinə nail olmaq üçün Azərbaycan Xarici İşlər Nazirliyi, aidiyyəti qurumlar lazımi çalışmalar aparmalıdır”./report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar