Sizin Reklam Burada
Xəbər lenti
17-09-2025
16-09-2025
BÜTÜN XƏBƏRLƏR

Prezidentdən Vətən müharibəsi iştirakçıları ilə bağlı SƏRƏNCAM

Tarix: 10-02-2022 16:44     Baxış: 3170 A- / A+
Prezidentdən  Vətən müharibəsi iştirakçıları ilə bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev "Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında" sərəncam imzalayıb.
Manevr.az xəbər verir ki, sərəncamda deyilir:

1. Azərbaycan Respublikasının 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə ön cəbhədə fədakarlıq göstərmiş mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin əməkdaşları və mülki işçiləri "Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilsinlər.

2. Bu Sərəncamın 1-ci hissəsində göstərilən şəxsləri "Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikasının Baş nazirinə verilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq, Vətən müharibəsi iştirakçılarının siyahısını aşağıdakılar nəzərə alınmaqla müəyyən etsin:

3.1.1. "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə "Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 3088 nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən "Müharibə veteranı” adı verilmiş şəxslərin siyahısı;

3.1.2. əməkdaşları və mülki işçiləri ön cəbhədə fədakarlıq göstərmiş digər mərkəzi, habelə yerli icra hakimiyyəti orqanlarının, eləcə də Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin təqdim etdiyi məlumatlar;

3.2. bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar