Xəbər lenti
Ermənilərin yeni xülyası - “Qarabağ Rusiyaya birləşdirilsin”
Ekspert Ermənistanda keçirilən bir sorğuya diqqət çəkib:
“ABŞ-ın Respublika İnstitutu Ermənistanda sorğu keçirib. Sorğunun nəticələrinə görə, ermənilərin yarısına qədəri Türkiyə ilə əlaqələrin qurulmasından ehtiyat edir. Həmin ermənilərinin fikrincə, Ankaranın “erməni soyqrımı”nı tanıması və Qarabağ məsələsində neytral mövqedən çıxış etməsi durumunda Ermənistanın Türkiyə ilə münasibətlər qurması mümkün ola bilər.
Müharibədə məğlub olublar, gələcəkləri şübhə altındadır, yenə də qonşularıyla “şərt dili”ylə danışırlar. Maraqlıdır ki, Ankara-İrəvan dialoqu başlasa da, sorğuya qatılanların 90 faizi “Ermənistan üçün ən böyük təhlükə”nin Türkiyə olduğunu bildiriblər. Sorğuya qatılan ermənilərin 77 faizi Azərbaycanı Ermənistan üçün təhlükə sayıb. Ermənistan müharibədə Azərbaycana məğlub olub, iki ölkə arasında gərginlik davam edir, ancaq ermənilərin əksəriyyəti Türkiyəni Ermənistan üçün Azərbaycandan daha təhlükəli hesab edirlər. Buna baxmayaraq, təhlükəli adlandırdıqları ölkə ilə sərhədləri açmaq, diplomatik münasibətlər qurmaq və alış-verişə başlamaq istəyirlər. Bu da başqa nonsensdir”.
Elxan Şahinoğlu sorğuda iştirak edənlərə Qarabağla bağlı da sual ünvanlandığını bildirib:
“Sorğunun Qarabağla bağlı da hissəsinə aid cavablar göstərir ki, ermənilər hələ də xülya ilə yaşayırlar. “Qarabağ problemi necə həll olunmalıdır” sualına verilən cavablar içərisində iki variant diqqəti cəlb edib: “Ermənistana birləşdirilməlidir – 16 faiz”, “Rusiyaya birləşdirilməlidir - 11 faiz”.
“Ermənistana birləşdirilməlidir” bağlı sayıqlama köhnədən var. Ancaq “Rusiyaya birləşdirilmə” mövzusu yenidir. İkinci Qarabağ müharibəsindən əvvəl ermənilərin heç biri “Qarabağın Rusiyaya birləşdirilməsi” haqqında danışmazdı. Arxayın idilər ki, işğal ömürlükdür. İndi isə ermənilərin bir qismi baş nazirləri Nikol Paşinyan kimi anlayıblar ki, Qarabağ artıq onlarlıq deyil, məsələni “Rusiyaya yükləmək” lazımdır.
Kreml Rusiya ətrafındakı bütün separatçıları özününkü sayır. Rusiya hərbçilərinin Qarabağda varlıqları cəmi bir ildən bir az artıq müddəti əhatə etsə də, onların iştirakı ilə onlarla təxribat faktını qeydə almışıq və bunun sonu görünmür, elə bu günlərdə separatçıların lideri Araik Arutyunyanı yenidən Moskvaya çağırıblar. Belə olan halda “11 faiz”in haradan yarandığı aydın olur”.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar