Sizin Reklam Burada
Xəbər lenti
26-12-2024
25-12-2024
BÜTÜN XƏBƏRLƏR

Lukaşenkonun etiraf etdiyi reallıq: Kiminsə Ermənistana ehtiyacı varmı?!

Tarix: 08-02-2022 20:56     Baxış: 4194 A- / A+

Belarus prezidenti Aleksandr Lukaşenkonun Solovyova müsahibəsində Ermənistan haqqında dedikləri İrəvanda qəzəb doğurub. Ona görə yox ki, Lukaşenko erməniləri aşağılayıb, əksinə o, illərdir bəlli olan gerçəyi dilə gətirib: Ermənistan heç kimə lazım deyil;

Lukaşenko Solovyovun Rusiya və Belarusun qurmaq istədiyi “İttifaq dövləti”nə hansı ölkələrin qoşula biləcəyi sualına cavabında deyir: “Ermənistanın getməyə yeri yoxdur. Sizcə kiminsə onlara ehtiyacı var? Onlar artıq bunu görüblər... Nikol Vovayeviç bunu anlayıb”.

Belarus prezidentinin açıqlamasından iki nəticə çıxır:

Birincisi, Ermənistanın “İttifaq dövləti”nə qoşulması gündəmdədir və bu məsələ ən azı Moskva və Minsk arasında müzakirə olunub.

İkincisi, Lukaşenko Ermənistanın getməyə yerinin olmadığını deməklə artıq İrəvana “heç kimə lazım olmadığınız halda, biz sizi sıralarımıza qəbul edirik” mesajını verir.


Belarus prezidenti reallığı dilə gətirir. Çünki Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 ilə yaxın müddətdə heç kimə lazım olmayan dalan dövlətinə çevrildi. Bu, Azərbaycanın İrəvanın işğal siyasətinə qarşı həyata keçirdiyi strategiyanın nəticəsi idi. 44 günlük müharibədə Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra da Ermənistanın vəziyyəti dəyişməyib.

Ermənistanın yeganə çıxış yolu Azərbaycanla sülh sazişini imzalamaq, ərazi iddialarından imtina etmək və bölgədə normal münasibətlərin qurulmasına razı olmaqdır. Hərçənd, uzun illər aparılan xəstə ideologiya bu ölkəni xilas olmağa imkan vermir və nəticə etibarilə lazımsız ölkəyə çevirir. Hətta vəziyyət o həddə çatıb ki, Ermənistana “heç kimə lazım deyilsiniz, biz sizi yanımıza almasaq, ortalıqda qalacaqsınız” səviyyəsində açıq mesajlar verilir, daha doğrusu, bu reallıq açıq mətnlə dilə gətirilir.

İstisna deyil ki, Lukaşenkonun dedikləri diplomatik kanallarla Ermənistan rəhbərliyinə də çatdırılıb. İrəvanın rəsmi cavabının mətni və qeyri-rəsmi şəkildə kampaniyaya əl atması da bunu deməyə əsas verir.

Ermənistan Xarici İşlər Nazirliyi Lukaşenkonun açıqlamasına belə cavab verdi.

Belarus prezidenti dedi ki, Ermənistanın getməyə yeri yoxdur, o zaman, gələcəkdə İttifaq dövlətinə necə qoşulacaq?! Belarus prezidentinin orijinal geosiyasi təhlilləri ilk növbədə öz daxili siyasi gündəmlərinə hesablanıb. Bu təhlillərin Ermənistana və onun xarici siyasətinə heç bir aidiyyəti yoxdur”, - cavabda deyilir, təbii ki, buna cavab demək mümkündürsə...

Rəsmi İrəvan faktiki olaraq Belarus prezidentinin dilə gətirdiyi reallığı təkzib edə, yaxud sərt mövqe sərgiləyə bilmir. Çünki Ermənistan da anlayır ki, gedə biləcəyi yer yoxdur. Bu baxımdan, sərt cavabla “körpüləri yandırmaq” istəmir, əvəzində qeyri-diplomatik və etik olmayan yola əl atır: Belarus prezidentinə Ermənistan parlamentində hakim partiyanın deputatları cavab verir, o cümlədənm, Ermənistan mediası Lukaşenkoya qarşı təhqir kampaniyası aparır və bunların Paşinyan tərəfindən sifariş edildiyi məlumdur. Əsas kampaniya “Ermənistanın lazımlılığını sübut etmək” və Lukaşenkonun şəxsiyyətinə qarşı qurulub. Ermənistan rəhbərliyinin bacardığı da budur.

Belarus prezidentinin açıqlamaları başqa bir gerçəkliyi də gündəmə gətirdi: Azərbaycan bütün ölkələrin, istər region, istərsə dünya ölkələrinin marağında olan ölkədir və hər kəs Azərbaycanı öz yanında görmək istəyir.

Lukaşenko “İttifaq dövləti” ideyasından danışarkən bunu açıq şəkildə qeyd edir.

“Azərbaycan bu prosesdən kənardadır, biz orada çoxlu səhvlərə yol verdik. Bu ayrı mövzudur. Orada təbii ki, Türkiyə Azərbaycanı ciddi şəkildə dəstəkləyir”, - Lukaşenko qeyd edir və bununla:

- Azərbaycan kimi əhəmiyyətli ölkəni öz ideyalarına cəlb edə bilmədiklərindən təəssüflənir;
- Bəzən Azərbaycanda səslənən iddialarının əksinə olaraq, “ittifaq dövləti”nə, yaxud başqa hansısa “ittifaqlara” girməyəcəyimizi etiraf edir;


Və bu, həm də Azərbaycan liderinin indiyə qədər həyata keçirdiyi dərin strategiyanın nə qədər əhəmiyyətli olduğunun da başqa ölkə rəhbəri tərəfindən etiraf edilməsidir.

Azərbaycan hər kəslə bərabərhüquqlu əməkdaşlığa açıqdır, Rusiya və Belarus da daxil olmaqla bütün ölkələrlə dost münasibət saxlayır, lakin bütün bu addımlarda özünün milli maraqlara əsaslanan siyasətindən imtina etmir, öz yolunu özünün seçə bilməsi gücdədir. Ermənistan isə Lukaşenkonun da dediyi kimi, heç kimə lazım olmayan bir ölkədir və bu gün rəsmi İrəvanın düşdüyü vəziyyətdən çıxmasının yeganə yolu Bakının təqdim etdiyi sülh müqaviləsini imzalamaq, ərazi iddialarından əl çəkməkdir.

Asif Nərimanlı
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar