Xəbər lenti
"Ermənistan bunu etməsə, Bakı 10 noyabr bəyanatından imtina etməlidir" - Qabil Hüseynli
"Erməni tərəfi hər zaman olduğu kimi bu dəfə də üzərinə götürdüyü öhdəliklərdən yayınmağa çalışır. Rəsmi İrəvan 8 erməni əsirin qaytarılması müqabilində Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş vətəndaşlarımızın və onların basdırıldıqları kütləvi məzarlıqların yerləri barədə məlumatları vermək öhdəliyi götürmüşdü. Amma Ermənistan öz öhdəliklərini yerinə yetirmək istəmir”.
Manevr.az xəbər verir ki, bu sözləri sfera.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfi yenə də beynəlxalq hüququ heçə sayaraq humanitar prinsipləri kobud şəkildə pozur:
"Məsələ ondadır ki, Ermənistan 1949-cu il Cenevrə Konvensiyası və onun müvafiq protokolları, habelə bütövlükdə beynəlxalq humanitar hüquq normaları ilə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, kütləvi məzarlıqların yerləri barədə məlumatları Azərbaycan tərəfinə təqdim etməyə borcludur.
Hesab edirəm ki, Ermənistan tərəfinin bu davranış tərzinə görə rəsmi Bakı da 10 noyabr bəyanatı ilə üzərinə götürdüyü öhdəliklərdən imtina etməlidir. Rəsmi Bakı bütün hallarda cavab adımı atmalıdır. Əks təqdirdə bu, bizim üçün zəiflik hesab ediləcək”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar