Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Gəncə qapıları Azərbaycana qaytarıla bilər - Politoloq

Tarix: 07-02-2022 19:29     Baxış: 3238 A- / A+

Gəncə qapılarının Azərbaycana qaytarılması bizim tarixi haqqımızdır. Bu məsələnin müzakirə mövzusu olmasını biz zaman-zaman qeyd etmişik.
Manevr.az xəbər verir ki, bunu publika.az-a açıqlamasında politoloq Zəlimxan Məmmədli deyib.
Politoloq qeyd edib ki, Azərbaycanla Gürcüstan tərəfdaşlıq etsə də, demarkasiya və delimitasiya məsələsi və digər mövzularda problemlər hələ də davam edir: “Gəncə qapılarının Azərbaycana qaytarılması müzakirə olunub, müsbət bir nəticə əldə olunarsa, bu, tarixə ədalətli yanaşma kimi qeyd olunacaq. Ancaq Gürcüstan tərəfinin də bu mövzuda öz baxışları var. Yəni, onların bu mövzuda başqa arqumentləri ola bilər.
Gəncə qapılarının qaytarılması məsələsi həm də diplomatik məsələdir. İki dövlət arasında olan münasibətlərə zərər vurmadan bu istiqamətdə danışıqlar aparılmalıdır. Belə olduğu halda yekunda ədalətli nəticə əldə oluna bilər. Biz qonşu dövlətlərik və kifayət qədər ortaq maraqlarımız mövcuddur. Azərbaycan Gürcüstanla əlaqələrin inkişaf etməsi üçün addımlar atır. İki dövlət arasında uzlaşma olarsa, Gəncə qapılarının qaytarılması reallaşacaq. Ümumi olaraq bu cür məsələlərin həll olunması bölgədə sabitliyin yaranmasına və əməkdaşlıqların daha da inkişaf etməsinə gətirib çıxaracaq. Azərbaycan dövləti çağdaş siyasətində Gürcüstanla əlaqələrin inkişaf etməsi üçün müəyyən addımlar atır. Bu mövzuda danışıqlar uğurla aparılarsa, Gəncə qapıları Azərbaycana qaytarıla bilər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar