Xəbər lenti
"6 aya Şuşanın kəndləri və Xocalını boşaltsınlar…” – Ermənilərin torpaq iddiası
Qarabağdakı qondarma rejimin fevralın 20-də qəbul edəcəyi “qanun layihəsi” siyasi zəmində çox böyük təpki ilə qarşılanıb. Belə ki, “Arstax” “parlament”inin qəbul edəcəyi “qanun layihəsi”nə Azərbaycanın işğaldan azad etdiyi ərazilərlə – keçmiş “DQMV”yə daxil olan Şuşa, Hadrut və digərləri – yanaşı müharibədən əvvəl iddia etdikləri “Şaumyan (Goranboy rayonunun cənubu) və Getaşen (keçmiş Xanlar və Zod qəsəbəsi)” də daxil ediləcək.
Xatırladaq ki, separatçı-terrorçu rejimin “Xarici İşlər naziri” David Babayan ötən həftə bildirib ki, onlar “müharibəyə qədər nəzarət etdikləri əraziləri, üstəlik Şaumyan və Getaşeni” məlum “qanuna” daxil etməyi planlaşdırırlar. Bəs bu “qanun layihəsi” nədir? İşğaldan azad edilən əraziləri “yenidən qaytaracağıq” xülyası ilə geri istəyən qondarma rejim bununla nəyi iddia edir?
Manevr.az xəbər verir ki, yenisabah.az-a danışan “Atlas Araşdırmalar Mərkəzi”nin sədri, siyasi şərhçi Elxan Şahinoğlu məsələyə belə yanaşıb: “Onlar öz “mövcudluqlarını” sübut etməyə çalışırlar ki, guya hələ varlar, təslim olmayıblar və fəaliyyətlərinə davam edirlər. Amma mümkün deyil, çünki Azərbaycan hədəflərinin 80%-nə çatıb, ərazilərin böyük hissəsini azad etmişik. Lakin hələ də işğal altında olan ərazilərimiz var və ona görə onlar qudurublar. Biz o əraziləri də azad etməliyik.
Rusiyalı hərbçilər var deyə özlərini “qəhrəman” kimi hiss edirlər və düşünürlər ki, onlar təhlükəsizlikdədirlər. Amma anlamalıdırlar ki, uzaqbaşı 4 il təhlükəsiz yaşaya bilərlər. 10 noyabr bəyanatına görə, rusiyalı sülhməramlılar 5 il bölgədə olacaq və tərəflərdən biri 6 ay qalmış desə ki, artıq rusiyalı hərbçilərə ehtiyac yoxdur, bu zaman rusiyalı hərbçilər bölgəni tərk edəcək.
Bizim, indidən mesajlarımız bu olmalıdır ki, 4 ilin sonunda rusiyalı hərbçilərə ehtiyacımız olmayacaq. Onda nə edəcəklər separatçılar? Belə olan zaman biz bütün hallarda əlimizdə olan resurslardan istifadə edərək həm separatçıları tərksilah edəcəyik, həm də elə edəcəyik ki, oradakı ermənilər Azərbaycan qanunları ilə yaşasınlar, pasportlarımızı qəbul etsinlər.
Bunu anlamaq əvəzinə görürük ki, yenə də separatçı əməllərindən əl çəkmirlər və bu günlərdə, hətta ara-sıra atəşkəsi pozurlar, bizim məntəqələrə atəş açırlar. Demək ki, anlamayıblar və demək ki, anti-terror əməliyyatına ehtiyac var”.
“O ki qaldı qondarma rejim “parlament”inin bu mənasız qanun layihələrinə, deyə bilərik ki, onlar bir az Ermənistandan fərqi də ortaya qoyurlar. Çünki Ermənistanın başı indi özünə qarışıb, prezident seçkiləri keçiriləcək, eləcə də, Paşinyanın özü də artıq Qarabağ yükündən qurtulmaq istəyir. Ona görə də, biz indi düşünməliyik ki, bu separatçılarla nə edəcəyik? 4 ili gözləyib ondan sonramı onları təmizləməliyik, yoxsa 4 ili gözləmədən indidən biz öz sözümüzü deməliyik?
Diplomatik və hərbi sahədə fəaliyyətimizi genişləndirməli və separatçılara anlatmalıyıq ki, onlar bizim qanunla yaşamaq istəməsələr, Azərbaycanda mövcudluqları mümkün olmayacaq. Bu baxımdan əsas hədəfi biz göstərməliyik. Yoxsa onlar, əlbəttə ki, istədikləri “qanun”larını da qəbul edə bilərlər.
Bu həqiqətən gülməlidir, çünki beynəlxalq aləmdə onları sayan yoxdur. Düzdür, bir neçə deputatlar gəlib-gedir, onlarla görüşür, amma böyük anlamda nə beynəlxalq təşkilatlar, nə də böyük dövlətlər separatçıların bu cür əməllərinə müsbət yanaşmazlar. Əsas tərəfdaş kimi Azərbaycanı seçirlər. Amma bizim parlament də bu istiqamətdə düşünməlidir və separatçılarla bağlı müzakirələri genişləndirməliyik.
İndi onlar rusiyalı hərbçilərin arxasında gizlənməyə çalışırlar. Rusiya ilə də fəal təmasda olmalıyıq. Çünki fikir verin, həm atəşkəs pozulur, həm də internetdə görüntülər yayılır ki, bizim hərbçiləri rusiyalı hərbçilərlə yanaşı erməni separatçılar da yoxlayır. Düzdür, dedilər ki, daha təkrarlanmayacaq, amma ilyarımdır biz bu cür vədləri eşidirik”.
“Əsas iş bizdən asılıdır. Ermənilər nə edir, o, özlərinə bağlıdır. Təxribatdır, başa düşürük, lakin biz bu təxribatların qarşısını necə alacağıq, bu haqda ciddi düşünməliyik.
Bizim Müdafiə Nazirliyi ilə yanaşı, Xarici İşlər Nazirliyinin də çox kəskin bəyanatları olmalıdır. Mənim şəxsi fikrim budur ki, biz, ümumiyyətlə, Rusiyaya da deməliyik ki, sizə 3 və ya 6 aya yaxın vaxt veririk. Bu vaxt ərzində oradakı separatçılar tərksilah olunmalı, keçmişdə azərbaycanlıların yaşadığı məntəqələr, Şuşanın kəndləri, eləcə də Xocalı qəsəbəsi boşaldılmalıdır. Çünki oralarda heç zaman ermənilər yaşamayıb. Əgər bu baş verməzsə, erməni tərəfi bunun nəticəsi ilə üzləşməli olacaq. Yəni bir az sərtliyimizi artırmalıyıq, çünki yumşaq açıqlamalarla biz çox uzağa gedə bilməyəcəyik”.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar