Sizin Reklam Burada
Xəbər lenti
25-12-2025
24-12-2025
BÜTÜN XƏBƏRLƏR

Sülhməramlıların komandanı dəyişməlidir - Ekspert

Tarix: 07-02-2022 11:25     Baxış: 4223 A- / A+
İlk olaraq ölkəmizin ərazisinə müvəqqəti yerləşdirilmiş rus sülhməramlıları özlərinin məsuliyyət bölgəsində maşınlarımızın, xüsusilə də hərbi maşınlarımızın yoxlanılması prosesinə separatçıların “polis”lərini cəlb etdilər, etirazlardan sonra isə bunun təkrarlanmayacağının təminatını verdilər. Dünən isə sülhməramlıların arxasında gizlənən separatçıların tör-töküntüləri Tərtərin Qapanlı kəndini atəşə tutublar. Bu məsuliyyətsizlik və qanunlarımıza, həm də rus sülhməramlılarının öz dövlətlərinə etdikləri hörmətsizlikdir. Çünki 10 noyabr bəyanatındakı üç imzadan biri Rusiyanındır.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Ekspertə görə, sülhməramlıların hərəkətinə cavab verilməlidir:
“Sülhməramlıların öz vəzifələrini doğru şəkildə yerinə yetirməməsi birmənalı şəkildə Azərbaycan tərəfini qıcıqlandırmaq və separatçıların hələ də Qarabağda söz sahibi olduğunu nümayiş etdirmək məqsədi daşıyır. Düşünürəm ki, onlar bu məsələ ilə bağlı rəsmi şəkildə üzr istəməlidirlər, məsuliyyətsizliklərinə görə sülhməramlıların komandanlığı dəyişdirilməlidir. Biz belə hallarla dəfələrlə rastlaşmışıq və heç kim də təxribatların yenə təkrarlanmayacağına təminat verə bilməz. Törədilən təxribatlar gələcəkdəki mümkün və daha qanlı təxribatların da siqnalını verir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar