Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Separatçılar niyə Qapanlını atəşə tutdu?

Tarix: 06-02-2022 19:32     Baxış: 3198 A- / A+
Qarabağdakı separatçılar niyə Tərtərin Qapanlı kəndini atəşə tutur?
Terrorçu rejimin gündəmə gətirdiyi və fevralın 20-də təsdiq etməyə hazırlaşdığı “ərazilərin işğaldan azad edilməsi haqqında” qondarma “qanun”a baxdıqda bu suala cavab tapa və açılan atəşin içkili vəziyyətdən qaynaqlanmadığını deyə bilərik.
Məlum “qanun layihəsi”nə Azərbaycanın işğaldan azad etdiyi ərazilərlə – keçmiş “DQMV”yə daxil edilən Şuşa, Hadrut – yanaşı müharibədən əvvəl iddia etdikləri “Şaumyan (Goranboy) və Qetaşen (keçmiş Xanlar)” də daxil edilə bilər. Separatçı-terrorçu rejimin qondarma “xarici işlər naziri” David Babayan ötən həftə bildirirdi ki, onlar “müharibəyə qədər nəzarət etdikləri əraziləri, üstəlik Şaumyan və Qetaşeni” məlum “qanuna” daxil etməyi planlaşdırırlar.
Bu “hazırlıq” fonunda separatçı-terrorçuların Qafanlı istiqamətində atəş açması müharibədən əvvəlki vəziyyəti qaytarmaq, “mübarizəni” onların iddia etdikləri “qondarma “dqr”lə Azərbaycan arasına” keçirmək istəyidir. İstisna deyil ki, bu “ağılı” onlara verən elə ruslardır.
Atəşin keçmiş Ağdərədən - müharibədən sonra erməni terrorçuların (sayları ən az 10 mindən çoxdur) qaldığı ərazidən açılması 10 noyabr razılaşmasının hələ də icra edilməyən 4-cü bəndini bir daha aktuallaşdırır.

Asif Nərimanlı
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar