Azərbaycan Prezidenti İlham Əliyevin 2 Fevral – Gənclər Günü ilə bağlı görüşdə Ermənistan baş naziri Nikol Paşinyanın məşhur milyarder Corc Sorosla səmimi fotosu haqda dedikləri bir daha Paşinyan-Soros fotosunu gündəmə gətirib.
Manevr.az xəbər verir ki, sosial şəbəkələrdə Paşinyanla Sorosun fotosunun orijinalı yayılıb. Qeyd edilib ki, əslində şəklin orijinalı Şimali Makedoniyanın sabiq baş naziri Zoran Zayev və Corc Sorosun 2019-cu ildəki Davos İqtisadi Formu zamanı çəkilib.
Sonradan isə Paşinyan montaj edilib.
Nikol Paşinyan özü də bu məsələyə ABŞ səfərində toxunmuş, Corc Sorosla görüş üçün dəvət aldığını və bu görüşə çox can atdığını bildirmiş, lakin sıx qrafik səbəbindən bu görüşün baş tutmadığını qeyd etmişdi. N.Paşinyan C.Sorosla heç vaxt görüşmədiyini də dilə gətirmişdi.
Əlbəttə, N.Paşinyanın Sorosla rəsmən görüşməməsi onun qeyri-rəsmi görüşlərinin olmaması və Sorosun planının tərkib hissəsi olmaması anlamına qətiyyən gəlmir. O cümlədən Sorosla fotonun olub-olmaması da sorosçu olub-olmama mənası daşımır.
Ancaq bütün hallarda fakt odur ki, Paşinyanla Sorosun təqdim edilən səmimi fotosu montajdır.
Fotonun montaj olduğunu təsdiqləyən sübut da əlavə edilib: Davos forumunda divarda Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın fotosu ola bilməz və bu, fotoda xüsusi qabardılıb.
Əslində fotomantajın səbəbi Paşinyanın siyasi mahiyyətini ortaya qoymaqdır. Paşinyan Petrosyanın kadrıdır, Sorosun isə “cocuğu” – bu fakt bu fotomontajla ifadə edilib.
Sosial şəbəkələrdə isə Prezident İlham Əliyevə bu barədə yanlış məlumat verildiyi iddia edilir. Ancaq fotonun hansı məzmunla montaj edildiyi diqqətdən yayındırılır./konkret.az
Xəbər lenti
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar