Sizin Reklam Burada
Xəbər lenti
26-12-2024
25-12-2024
BÜTÜN XƏBƏRLƏR

Aygün Attardan CHP-li deputatın Azərbaycanla bağlı ittihamlarına CAVAB

Tarix: 05-02-2022 16:02     Baxış: 4212 A- / A+

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri Aygün Attar Türkiyənin Cümhuriyyət Xalq Partiyasından olan millət vəkili Aykut Ərdoğdunun Azərbaycan və Türkiyə arasında enerji sahəsində əlaqələr, habelə iki ölkənin dövlət başçılarına qarşı irəli sürdüyü ittihamları pisləyən bəyanatla çıxış edib.
Manevr.az xəbər verir ki, professor Attar bu barədə oz tvitter hesabında yazıb. O, bu ittihamları əsassız adlandıraraq sərt tənqid edib:
“Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu olaraq Aykut Ərdoğdunu Azərbaycana qarşı əsassız iddiaları səbəbindən şiddətlə qınayırıq. Belə həssas dönəmdə “bir millət, iki dövlət” fəlsəfəsinə ciddi zərər vuran ifadələrinə görə üzr istəməsini gözləyirik.
CHP-li millət vəkilinin Türkiyə və Azərbaycan arasındakı təbii qaz anlaşması ilə əlaqədar əsassız iddiaları cahil cəsarətinin təzahürüdür, yoxsa “bir millət, iki dövlət”i həzm edə bilməməsinin göstəricisidir? Milli mücadilə dönəmində evlilik üzüklərini Anadoluya yardım üçün göndərən Azərbaycana bu kinin səbəbi nədir?”
A.Attar “Azərbaycanla bağlı səslənən ittihamlar Azərbaycan Dövlət Fondunun ötən həftə Mərkəzi Bankda bir milyard avro dəyərində hesab açması xəbəri fonunda səsləndirilməsi təsadüfmüdür” deyə sual edib. O, CHP rəhbərliyinə müraciət edərək bildirib ki, Qarabağ savaşı boyunca Türkiyənin Azərbaycanla bağlı nümayiş etdirdiyi həmrəylik onu 1944-cü ildə Boraltan körpüsündə həmin dövrün iqtidarının azərbaycanlı qardaşlara xəyanət edərək SSRİ-yə verməsi və hamısının güllələnməsinin ölkəmizə yaşatdığı utancdan qurtarıb:
“Cənab Kılıcdaroğlu, partiyanızın millət vəkillərinin Azərbaycana yönəlmiş əsassız və ittihamedici iddiaları barədə CHP-dən bir açıqlama veriləcəkmi? Qarabağ müharibəsi günlərində köməkçiniz tərəfindən düşmən tezislərinin təkrar edilməsi, Şuşa Bəyannaməsi TBMM-də müzakirəyə çıxarıldığı zamanda TANAP iftirası nə ilə əlaqədardır?”
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanın Xarici İşlər Nazirliyi də CHP-dən olan millət vəkili Aykut Ərdoğdunun ittihamedici açıqlamasını şərh etmişdi. Xarici Siyasət İdarəsinin açıqlamasında Azərbaycan ilə qardaş Türkiyə arasında bütün sahələrdə olduğu kimi, enerji sahəsində də açıq, tamamilə şəffaf, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri mövcud olduğu vurğulanmışdı./"qafqazinfo”

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar