Xəbər lenti
“Rusiya sülhməramlılarından izahat tələb etməliyik” – Açıqlama

Ötən gün Qarabağın ermənilər yaşayan hissəsindən keçən Azərbaycan avtomobil karvanına qarşı təxribat həyata keçirilib. Belə ki, avtomobil karvanını Rusiya sülhməramlıları ilə bərabər, cinayətkar-separatçı qurumun "polis”i də yoxlayıb. Bu, isə birmənalı şəkildə 10 noyabr və münaqişənin nizamlanması ilə bağlı digər digər anlaşmaların kobud şəkildə pozulmasıdır.
Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı sfera.az-a açıqlama verən politoloq Fikrət Sadıqov deyib ki, Qarabağın ermənilər yaşayan hissəsindən keçən Azərbaycan avtomobil karvanını yoxlamaq və müşahidə səlahiyyətləri yalnız Rusiya sülhməramlılarına məxsusdur:
"Separatçı qurumun "polis"inin bu yoxlamada iştirak etməsi 10 noyabr bəyannaməsinə ziddir. Ümumiyyətlə cinayətkar qurumun "polisi"nin ərazidə olmasına görə Rusiya sülhməramlıları izahat verməlidir. İstər 10 noyabr bəyanatı, istərsə də beynəlxalq hüquqa görə Qarabağda heç bir etnik qrupun polisi ola bilməz. 10 noyabr bəyanatına görə Qarabğda Rusiya sülhməramlıları həm də polis fəaliyyəti göstərir. Bunun xaricində hansısa qurumun təmsilçilərinin xidmət aparması qanunsuzdur”
Politoloq hesab edir ki, rəsmi Bakı məsələyə kəskin reaksiya verməlidir:
"Bu, qəbuledilməzdir. Rusiya tərəfindən, sülhməramlıların komandanlığından izahat tələb olunmalıdır. Bir halda ki ərazidə Rusiya sülhməramlıları ilə yanaşı, cinayətkar qurumun "polisi"i də xidmət göstərir, o zaman rəsmi Bakı adekvat cavab tədbirləri görməlidir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar