Sizin Reklam Burada
Xəbər lenti
25-12-2025
24-12-2025
BÜTÜN XƏBƏRLƏR

"İldə 400-ə qədər gənc dünyanın aparıcı ali məktəblərinə göndəriləcək" - İlham Əliyev

Tarix: 02-02-2022 21:20     Baxış: 4176 A- / A+

"Biz bunu ona görə edirdik ki, azərbaycanlı gəncləri yetişdirək, onlar gözəl peşə sahibləri olsunlar, mütəxəssis olsunlar. Əsas məqsəd budur - xalqımızın intellektual potensialının möhkəmləndirilməsi".
Manevr.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev gənclərlə görüşdə xaricdə təhsil proqramı ilə bağlı sualı cavablandırarkən bildirib.
Dövlət başçısının sözlərinə görə, gənclər 30-dan çox ölkənin 300-dən çox ali məktəblərinə ezam edilib və bu məqsədlər üçün 200 milyon manat vəsait xərclənib. Prezident bildirib ki, 2016-cı ildə biz bu proqrama başlayanda Azərbaycanda vəziyyət elə idi ki, bir çoxları bəlkə də orada, xaricdə qalmağı seçə bilərdilər. Ancaq buna baxmayaraq, dövlət xətti ilə oxuyanların böyük hissəsi Azərbaycana qayıdıb.
Prezident İlham Əliyev yeni proqramın artıq işlənildiyini və müvafiq sərəncamın keçən il verildiyini deyərək bildirib: “Yəqin ki, bu ildən başlayaraq, biz bu proqramı bərpa edəcəyik, yeni formada bərpa edəcəyik. Yəni, əvvəl birinci proqramın tutaq ki, çatışmazlıqları nəzərə almaq şərtilə. İldə təqribən 400-ə qədər gənc dünyanın aparıcı ali məktəblərinə göndəriləcəkdir”./report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar