Xəbər lenti
“Şuşa Bəyannaməsi” Türkiyə Məclisinə də çıxarılır

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım deyib.
“Şuşa Bəyannaməsi”nin imzalanması ilə Türkiyə və Azərbaycan arasında olan qardaşlıq münasibətləri eyni zamanda ən yüksək müttəfiqlik statusu qazanıb. Bəyannamədə iki ölkədən birinə xaricdən hücum ediləcəyi təqdirdə digərinin ona hər cür yardım göstərəcəyinin də təsbit olunması bunun isbatıdır. Ölkələrimiz arasında hərbi və digər sahələrdə çox geniş və dərin əlaqələr mövcuddur. Bəyannamə imzalandıqdan sonra prezidentlərimiz bölgənin ümumi inkişafı, əmin-amanlığın bərqərar olunması və birgə gələcək üçün “3+3 platforması” təklifi ilə çıxış etdilər. Növbəti addım kimi isə 14 yanvardan etibarən Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün müzakirə mərhələsi başladı. Baş verən proseslərə nəzər yetirdiyimiz zaman “Şuşa Bəyannamə”sinin Türkiyə-Azərbaycan həmrəyliyinin göstəricisi olmaqla bərabər, türk dövlətlərində və bölgə ölkələrində yeni silkələnmənin xəbərçisi olduğunu da açıq şəkildə görə bilərik. Biz hər kəsin öz ölkəsinin sərhədləri daxilində sərbəst, azad yaşamasını istəyirik. Lakin Rusiya və Ukrayna, Rusiya və Gürcüstan arasındakı münasibətlər, Qazaxıstanda baş verən hadisələr bölgəni qarışdırmaq istəyən qüvvələrin buraya müdaxilə cəhdlərinin təzahürüdür. Ümumi təhlükəsizliyimizə təhdid yaradan problemlərin aradan qaldırılması üçün bütün nəqliyyat və kommunikasiya xətləri açılmalı, iqtisadi əlaqələr inkişaf etməlidir. Ona görə də bəyannamədə Zəngəzur dəhlizinin açılmasına da xüsusi önəm verilib. Londondan avtomobilinə minən birinin Zəngəzur dəhlizindən keçməklə Pekinə qədər gedə biləcəyini düşündüyümüz zaman həyata keçirilməsi planlaşdırılan layihələrin miqyasını daha aydın şəkildə anlamaq olur. “Şuşa Bəyannaməsi”nin təsdiqi həqiqətən böyük hadisədir. Prosesdə iştirak edən bütün həmkarlarımıza təşəkkür edir, bunun hamıya xeyirli olmasını diləyirəm”, - Ş.Ayrım qeyd edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar