Sizin Reklam Burada
Xəbər lenti
26-12-2024
25-12-2024
BÜTÜN XƏBƏRLƏR

“Rusiyanı çökdürmək planı işə düşüb” – Elxan Şahinoğlu

Tarix: 01-02-2022 14:10     Baxış: 4250 A- / A+
“Müharibə başlasa, Vaşinqton və Brüssel kənardan seyr edəcəklər. Ona görə də Zelenski heç olmasa, Qərb ölkələrindən gərəkli lazımi hərbi texnika almağa çalışır”.
Manevr.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Rusiya-Ukrayna münaqişəsi ətrafındakı son gəlişmələrə diqqət çəkib:
“Rusiya Ukraynaya hərbi müdaxilə etsə, hər iki ölkə verəcəyi canlı itkilərlə yanaşı iqtisadiyyatları da bərbad günə düşəcək. Son bir ayda müharibə haqqında söz-söhbətin özü belə Ukrayna və Rusiya iqtisadiyyatına böyük zərər vurub. Kiyevin hesablamalarına görə gərginlik fonunda təxminən 12 milyard dollar kapital Ukraynadan çıxarılıb. Prezident Vladimir Zelenskinin sözlərinə görə, Ukrayna iqtisadiyyatını canlandırmaq üçün ən azı 5 milyard dollar lazımdır.
Rusiyada isə rubl və fond birjalarında şirkətlərinin səhmləri sürətlə dəyərdən düşür, kapital ölkəni tərk edir. Müharibə söhbətləri bir neçə ay da davam etsə, hər iki ölkənin iqtisadiyyatı bundan da çox itirəcək. Yenə Ukraynaya əl tutan ölkələr var, Rusiya isə heç yerdən maliyyə cəlb edə bilməyəcək, əlindəki rezervləri xərcləməkdə davam edəcək. Əlbəttə, müharibə söz-söhbəti enerji resurslarının qiymətlərini artırıb və Rusiya satdığı neft və qaza görə gəlirlərini bir müddət artıra bilər. Ancaq bu, müvəqqəti hal daşıya bilər. İnlfylasiya gəlirləri sömürəcək”.
Elxan Şahinoğlu qeyd edib ki, Zelenski Qərb ölkələrində müharibədən çox danışılmasının Ukrayna iqtisadiyyatına mənfi təsirinin artırdığını vurğulayıb:
“Vaşinqtonun isə Zelenskinin iradına cavabı belədir: “Müharibə təhlükəsi azdırsa, bizdən daima niyə hərbi texnika istəyirsiniz?”.
Kiyevin başqa alternativi varmı? Zelenski bildirib ki, müharibə başlasa, heç bir dövlət Ukraynaya silahlı qüvvələrini göndərməyəcək. Haqlıdır. Vaşinqton və Brüssel kənardan seyr edəcəklər. Ona görə də Zelenski heç olmasa, Qərb ölkələrindən gərəkli lazımi hərbi texnika almağa çalışır. Ukrayna prezidenti müharibəyə hazırlaşmaqla yanaşı, ağır duruma düşən iqtisadiyyatını da düşünmək məcburiyyətindədir. Vaşinqton Rusiyanı iqtisadi baxımdan çökdürmək planını işə salıb. Ancaq Kiyev bu planın icrasının Ukrayna iqtisadiyyatına zərər verməməsini istəyir./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar