Xəbər lenti
Paşinyan bu iki yoldan birini seçəcək – “Ya özü prezident olacaq, yaxud...”
Xəbər verdiyimiz kimi, iki gün öncə Ermənistan prezidenti Armen Sarkisyan istefa verib. Müvəqqəti olaraq onu ölkə parlamentinin spikeri Alen Simonyan əvəz edir.
Maraqlıdır, Ermənistanda prezident postuna kim gətirilə bilər? Baş nazir Nikol Paşinyanın bu kürsüdə qərarlaşma ehtimalı nə qədərdir?
"Ermənistanda seçki ilə hakimiyyətə gələn bəzi şəxslər ölkədə hakimiyyət sistemini dəyişərək özlərini prezident kimi təqdim edib, səlahiyyətlərini artırıblar. Biz bunu ən son Türkiyədə gördük. Belə ki, ölkənin baş naziri Ərdoğan hakimiyyəti öz əlində cəmləşdirdikdən sonra prezidentin səlahiyyətlərini artırdı və növbəti seçkilərdə prezident seçildi. Bundan əvəl isə Süleyman Dəmirəl və Turqut Özal da buna cəhd etmişdi. Düşünürəm ki, Ermənistanda da oxşar proseslərin yaşanması mümkündür”,- deyə politoloq Turab Rzayev sfera.az-a açıqlamasında bildirib.
T.Rzayev zəif iradəli birinin də hakimiyyətə gələ biləcəyini deyib:
"Ermənistanda daha uyğun versiya o ola bilər ki, Nikol Paşinyanın iradəsindən çıxa bilməyən, daha zəif bir siyasi lider prezident seçilsin . Məsələn, Gürcüstanda İvanaşvili hakimiyyətini bərqərar etmək üçün Salome Zurbişvili kimi iradəsi zəif, əqli və fiziki sağlığı yerində olmayan bir şəxsi prezident kürsüsünə əyləşdirdi. Nikol Paşinyan da bu üsula əl ataraq özünün də idarə edə biləcəyi şəxsi hakimiyyətə gətirməyə çalışır. Lakin Qazaxıstanda dövlət çevrilişi olduğu kimi, Ermənistanda da ola bilər. Bu baxımdan Nikol Paşinyan bu ehtimalı da dəyərləndirərək prezident kürsüsünə özü də sahiblənə bilər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar