Sizin Reklam Burada
Xəbər lenti
26-12-2024
25-12-2024
BÜTÜN XƏBƏRLƏR

İrəvan qarışa bilər, Sərkisyan ona görə getdi

Tarix: 24-01-2022 13:27     Baxış: 3196 A- / A+
Düşünürəm ki, Armen Sərkisyanın istefası Paşinyanın təzyiqi ilə olub. Çünki Sərkisyanın istefası Ermənistanda kifayət qədər ciddi əsasa söykənmir. O, istefasında səlahiyyətlərinin aşağı olduğunu bildirib. Halbuki prezident seçiləndə də bilirdi ki, Ermənistanda prezidentin səlahiyyətləri məhduddur.
Manevr.az-ın məlumatına görə, bu sözləri axar.az-a politoloq Turab Rzayev Ermənistan Prezidenti Armen Sərkisyanın istefa verməsi barədə danışarkən deyib.
“Sadəcə, Armen Sərkisyan köhnə komandanın - Serj Sərkisyan, Robert Köçəryan kimi köhnə prezidentlərə bağlı adamdır. Ermənistanda Xocalı qətliamını törədən qaniçən bir Qarabağ klanı var, Armen Sərkisyan bu klanın üzvüdür. Onun Baş nazir Nikol Paşinyanla uzun müddət yola getməyəcəyi onsuz da bəlli idi”, - politoloq bildirib.
Onun sözlərinə görə, son aylar A.Sərkisyan aktiv rol oynamağa çalışırdı:
“BƏƏ, İordaniya, Misirə və s. səfərlər etdi ki, ölkəyə yenilik gətirən prezident kimi ön plana çıxsın. İki gün öncə də 200 MVt-luq günəş stansiyası üçün BƏƏ-dən maliyyə aldı. Hətta 150 ədəd zirehli hərbi texnika almaq barədə də razılıq əldə etmişdi. Göstərmək istəyirdi ki, real olaraq iş görür”.
Onun sözlərinə görə, Sərkisyanın bu fəaliyyəti fonunda qəfil istefası göstərir ki, Paşinyan onunla razılaşmayıb:
“Paşinyan Ermənistanın hazırki qanunvericiliyinə uyğun olaraq Baş nazirin səlahiyyətlərini qəsb etməyə Sərkisyana icazə verməyib. Seçki öncəsi də Sərkisyan Paşinyanı istefaya çağırırdı, onun əleyhinə addımlar atırdı. Düşünürəm, Paşinyan bütün bunlardan bezdi və öz yerini möhkəmləndirən kimi artıq Sərkisyanın ayağına dolaşmasına, keçmiş Qarabağ klanının bu şəkildə ona nəzarət etməsinə qarşı çıxdı”.
T.Rzayev qeyd edib ki, Sərkisyanın istefa verməsinə ikinci səbəb Ermənsitanın daxilində güclü təlatüm gözlənilməsi ola bilər:
“Ola bilsin, Qazaxıstanın ssenarisinə oxşar ssenari ilə Ermənistanda Paşinyanı hakimiyyətdən endirmək istəyirlər. Hansısa qanlı ssenari də ola bilər. Mümkündür ki, Sərkisyan bu çevrilişdə iştirak etmək və adının hallanmasını istəməyib. Ona görə də indi vəzifəni tərk edib. Ümumi ictimai vəziyyət ölkədə sabitləşərsə, düşünürəm, sonradan Sərkisyan hər hansı yolla yenidən aktiv siyasətə qayıda bilər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar