Xəbər lenti
Ermənistanda dövlətçilik məhvə doğru gedir - DEPUTAT
“Ermənistan prezidenti Armen Sarkisyanın istefası gözlənilən məsələ idi. Çünki 3 il yarımdan artıq prezidentlik kürsüsündə əyləşməsinə baxmayaraq həm daxili, həm də xarici siyasətdə öz sözünü deyə bilmədi”.
Manevr.az xəbər verir ki, bu fikirləri publika.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
Deputatın sözlərinə görə, bir sıra dövlətlərdə prezident, yəni rəhbər funksiyasını əsasən baş nazir yerinə yetirir: “Ermənistan da parlament dövləti olduğuna görə Sarkisyanın da funksiyası sıfıra bərabər idi. Pandemiya və müharibə məğlubiyyəti ona daxildə və xaricdə hər hansı təsir gücünə malik olmağa imkan vermədi. Cərəyan edən proseslər nəticəsində Armen Sarkisyan öz istefa ərizəsini Ermənistan parlamentinə təqdim edib. Parlament isə bu məsələyə baxacaq və istefanın qəbul edilib-edilməməsi barədə qərar verəcək. Prezidenlikdən istefa verən Sarkisyanın funksiyalarını isə parlamentin sədri yerinə yetirəcək. Sarkisyan öz istefasında da belə bir fikir irəli sürüb ki, Ermənistanda mütləq şəkildə konstitusiyanın dəyişdirilməsi labüddür. Çünki prezidentin demək olar ki, heç bir funksiyası yoxdur”.
A.Nağıyev vurğulayıb ki, prezidentin istefasından sonra 25-30 gün ərzində yeni prezident seçilməli və həmin prezidenti parlament təsdiq etməlidir: “Daxildə gərginlik, ordunun məhvi, eyni zamanda son vaxtlar daxili və xarici siyasətdə tənəzzül kimi məsələlərdəki məsuliyyəti Sarkisyan öz üzərinə götürmək istəmədi. Fikrimcə, onun istefasının səbəblərindən biri də məhz budur. Həmçinin, Azərbaycanın apardığı uğurlu xarici siyasət fonunda Ermənistan siyasi təzyiqlərə heç cürə tab gətirə bilmir. Məhz ona görə düşünürəm ki, Ermənistanda istefalar dalğası hələ davam edəcək. Bütün bunlar göstərir ki, Ermənistanda dövlətçilik məhvə doğru gedir. Nəticə etirbarilə baş verənləri nəzərə alsaq, görərik ki, Armen Sarkisyanın istefası labüd idi. O özü də bilirdi ki, gedən proseslərin hamısında onun özü də cavabdehlik daşıyır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar