Sizin Reklam Burada
Xəbər lenti
27-12-2024
26-12-2024
BÜTÜN XƏBƏRLƏR

“Qarabağ məsələsində Ermənistana qarşı çıxan kimi Qərbin mənə marağı itdi”

Tarix: 23-01-2022 16:05     Baxış: 4182 A- / A+


“Qarabağ məsələsində Ermənistana qarşı çıxan kimi Qərbin mənə marağı itdi”
"Qərbdə bəzi insanlar deyirdilər ki, mən Qarabağ məsələsində Ermənistana qarşı çıxsam, məni dəstəklədiklərinə görə peşman olacaqlar. Bu barədə əvvəlcədən bilsəydim, onların dəstəyindən dərhal imtina edərdim”.
Manevr.az virtualaz.org-a istinadən xəbər verir ki, bunu almandilli "Zenit” jurnalına müsahibəsində jurnalist Xədicə İsmayılova deyib.
"Nəyə görə mənə icazə verilir ki, Ermənistanın yox, təkcə Azərbaycan hökumətinin problemlərini işıqlandırım? Bu, təkcə Əliyevin müharibəsi deyil, bütün Azərbaycan xalqının müharibəsidir.
600 min insan öz ölkələrində qaçqın vəziyyətinə düşüb. Mən Əliyevi dəstəkləmirəm, amma o, Qarabağla bağlı haqlıdır, çünki Ermənistan beynəlxalq hüququ pozaraq ölkəmizi işğal edib”, - X.İsmayıl qeyd edib.
Jurnalistin sözlərinə görə, o, Azərbaycan hakimiyyətini tənqid edəndə Qərbdə ona tələbat olub, lakin Qarabağ münaqişəsi ilə bağlı mövqeyini bildirən kimi ona olan maraq itib.
İsmayılova vurğulayıb ki, ötən il ona qanuni yolla Azərbaycanı tərk etmək icazəsi verilib, lakin bundan əvvəl Qərb ölkələrinə davamlı olaraq dəvət olunurdusa, indi belə dəvətlər yoxdur:
"Yenidən sərbəst hərəkət edə bilirəm, lakin görünür ki, daha heç kimə lazım deyiləm. Bu, depressiyaya səbəb olur”.
Jurnalist iddia edir ki, "kimisə sevindirmək və ya xaricdən daha çox alqış almaq” üçün Qarabağın Ermənistan tərəfindən işğalı ilə bağlı inanclarından əl çəkməyə hazır deyil.
Onun sözlərinə görə, Ermənistan tərəfdən heç kim Qarabağın işğalını tənqid etmir və erməni hərbi cinayətlərinin araşdırılmasını tələb etmir, yeganə istisna mərhum Georgi Vanyan olub...
Qarabağ məsələsində müxalif jurnalist Azərbaycan rəhbərliyi ilə həmrəydir. Müsahibin guya "Azərbaycanın hakimiyyəti Qarabağ ermənilərini Azərbaycan hakimiyyəti altında yaşamaq imkanından məhrum edir” sitatını şərh edən İsmayılova qeyd edib:
"Münaqişə İlham Əliyevlə başlamayıb. Ən şiddətli toqquşmalar onun hakimiyyətə gəlməsindən xeyli müddət əvvəl baş verib. Ona görə də mən bu arqumenti qəbul etmirəm. Əslində, fikirləşsəniz, yalandır”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar