Sizin Reklam Burada
Xəbər lenti
26-12-2024
25-12-2024
BÜTÜN XƏBƏRLƏR

Zaxarova öz dili ilə rus sülhməramlılarını necə ifşa etdi? – İLGİNC DETALLAR

Tarix: 22-01-2022 16:20     Baxış: 3224 A- / A+

Prezidenti İlham Əliyev ölkə televiziyalarına son müsahibəsində Fransa prezidentliyinə Respublikaçılar Partiyasının namizədi Valeri Pekresin Qarabağa qanunsuz səfərinə toxunaraq, sülhməramlıların davranışlarını tənqid etmişdi. Prezidentin həm Valeri Pekresin Qarabağa qanunsuz səfərini, həm də Rusiya sülhməramlılarının bu səfərə göz yummasını tənqid etməsi yerində və düzgün idi. Məsələyə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarovanın reaksiya verməsi də bunu bir daha sübut edir.
Manevr.az xəbər verir ki, bu fikirləri konkret.az-a açıqlamasında politoloq Turan Rzayev səsləndirib. O bildirib ki, Zaxarova məsələyə verdiyi rəsmi mövqe ilə əslində Valeri Pekresin Qarabağa qanunsuz səfərinə Rusiya sülhməramlıların şərait yaratdığını da etiraf etmiş oldu: “Mariya Zaxarova bildirdi ki, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətindədir, Azərbaycanda da bunu bilirlər. “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci ilin noyabrın 9-da imzaladığı bəyanata əsasən Rusiya sülhməramlı qüvvələri təmas xətti və Laçın dəhlizi boyunca yerləşir. Sənədin 6-cı bəndinə əsasən, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətindədir”- deyə Zaxarova qeyd edib. Zaxarova 10 noyabr bəyanatının 6-cı bəndinə istinad edir, ancaq razılaşmanın 6-cı bəndində “xarici vətəndaşlar” qeydi yoxdur. Əgər bu olsa idi, Azərbaycan tərəfi hər dəfə xarici vətəndaşların icazəsiz səfərinə qarşı çıxmaz, narazılığını bildirməzdi. Digər tərəfdən, Prezident İlham Əliyev də dəfələrlə çıxışında bu məsələ ilə bağlı qeyd edib ki, Qırmızı Xaç Komitəsi istisna olmaqla, heç bir beynəlxalq təşkilat Bakının icazəsi olmadan Qarabağa səfər edə bilməz. Digər tərəfdən Zaxarova Valeri Pekreslə bağlı əvvəlcədən rus sülhməramlılarına xəbər verilib-verilmədiyi, səfərin razılaşdırılıb-razılaşdırılmadığı barədə məsələyə aydınlıq gətirməkdən yayınıb. Halbuki Prezident İlham Əliyev ölkə televiziyalarına son müsahibəsində qeyd edib ki, “bizə belə bir cavab verildi ki, biz görməmişik, bilməmişik, diqqətdən kənarda olub, o, hansısa adi bir maşında gəlib və sair”. Bir halda ki, Zaxarovanın da dediyi kimi Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətindədir, Azərbaycanda da bunu bilirlər o zaman nə üçün Kreml Pekresin Qarabağa necə və hansı yollarla gəldiyinə açıq-aydın cavab verə bilmir? Zaxarova fakti olaraq son çıxışı ilə valeri Pekresin Qarabağa gizli səfərinə ruslar tərəfindən razılıq verildiyini etiraf edib və bir daha Rusiyanın sülhməramlı missiya adı altında Qarabağa yerləşdirdiyi hərbi kontingentin öz missiyasından kənara çıxdığını, Azərbaycanın suveren hüquqlarına məhəl qoymadığını, bir sözlə, özünü sülhməramlı deyil, işğalçı ordu kimi apardığını təsdiqləmiş olub”.
Turan Rzayev: " SSRİ üçün Əfqanıstan nə idisə, ABŞ üçün də İran o olacaq "  - Ovqat.com
Politoloqun sözlərinə görə, Zaxarova “Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətindədir” deyərək həm də Azərbaycanın sözügedən dəhlizə nəzarət etmək istəyindən rusların narahat olduğunu sərgiləyib: “Halbuki BMT-nin qəbul etdiyi təcrübəyə əsasən, sülh əməliyyatı, sülhəməcburetmə əməliyyatından fərqli olaraq, kontingentin yerləşdiyi ölkənin suverenliyinə məhdudiyyət qoymur. Bu, yalnız BMT TŞ-nin xüsusi qətnaməsi əsasında həyata keçirilə bilər. Bu o deməkdir ki, dövlət sərhədi rejimini tənzimləyən ölkə qanunlarının icrası və iqtisadi məkanın müdafiə edilməsi kimi vəzifələr sülhməramlı qüvvələrin öhdəliyinə verilə bilməz. Onların vəzifəsi yalnız müvəqqəti məsuliyyət zonasında hüquq-mühafizə və təhlükəsizlik funksiyası ilə məhdudlaşır”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar