Xəbər lenti
Ankara Moskva görüşündə Zəngəzur dəhlizi şərtindən geri çəkilib? - Açıqlama
"Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin Moskva görüşünə dair hər iki tərəfin rəsmi açıqlamasında bir cümlə xüsusilə diqqət çəkirdi - Tərəflər ilkin şərt olmadan münasibətlərin normallaşması istiqamətində danışıqları davam etdirəcək. Məsələ ondadır ki, "İlkin şərtin olmaması” İrəvan üçün Ankara qarşısında əldə edilən konkret uğurdur”.
Manevr.az xəbər verir ki, bu sözləri sfera.az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində atılan son addımları şərh edərkən deyib:
İndki halda isə aktual sual budur ki, Ankara normallaşma prosesində irəli sürdüyü prinsiplərdən, xüsusilə Zəngəzur dəhlizi şərtindən imtina edib?
"Aydın məsələdir ki, rəsmi İrəvan indiki halda "şərtsiz” danışıqlara maraqlıdır. Misal üçün, yanvarın 14-də Tərəflər arasında keçirilən Moskva görüşündə Nikol Paşinyanın Arazdəyən-Mehri dəmir yolu xəttinin bərpası üçün işçi qrupun yaradılması barədə qərarı "şərtsiz” danışıqlarla bağlı fərqli ehtimalı önə çıxarır", - detə politoloq bildirib.
Onun sözlərinə görə, ehtimal ki, tərəflər Paşinyan hakimiyyətinin daxildə üzləşə biləcəyi reaksiyanı nəzərə alaraq, rəsmi açıqlamaya "ilkin şərt olmadan” qeydinin daxil edilməsinə razılaşıblar və bu, normallaşma prosesinin davamlı olmasına hesablanıb:
"Ermənistan parlamentinin bu gün keçirilən iclasında Türkiyə ilə danışıqlara verilən reaksiya da göstərir ki, Paşinyana müharibədən sonrakı reallıqlar üzrə hərəkət edə bilməsi üçün "şərait yaradılmalıdır”. Yəni Zəngəzur dəhlizindən imtina edilməyib, sadəcə danışıqların ilkin mərhələsinin gündəliyinə salınmayıb”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar