Xəbər lenti
Qazaxıstanda türklərlə ruslar yox, Çinlə Rusiya toqquşur - Fərid Şəfiyev
Manevr.az xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.
O, KTMT hərbi kontingentinin Qazaxıstana müdaxiləsini və iğtişaşların yatırılmasını ““Böyük Turan” layihəsinin ləğvi” kimi tirajlayan Rusiya mediası və politoloqlarını rəyini rədd edib:
“Təbii ki, KTMT qüvvələrinin Qazaxıstanda yerləşdirilməsindən sonra hadisələr geosiyasi xarakter daşımağa başlayıb. Bu mövzuda bir çox şərhlər var. Rusiya mediasına nəzər yetirsək, söhbət ciddi ekspertlərdən gedirsə, onlar bu məsələyə heç də antitürk kontekstindən yanaşmır.
Qazaxıstanda Çinin daha çox maraqları var. Türkiyə Qazaxıstanda güclü oyunçu deyil. Orta Asiyanı indi-indi fəal siyasətə daxil edir. Ona görə də, bütün bu söz-söhbətlər daha çox süni şəkildə şişirdirilib. Sensasion xarakter daşımaq üçün “Turan” ssenarisi ortaya atılıb, prosesi Rusiya-Türkiyə mübarizəsi kimi şərh edirlər. Məncə, söhbət daha çox Rusiya-Çin mübarizəsindən gedir”.
Fərid Şəfiyev əlavə edib:
“Təbii ki, KTMT qüvvələrinin Qazaxıstanda yerləşməsindən sonra bəzi rus siyasətçiləri iddialarında sərhəd tanımır. Məsələn, deyirlər ki, Özbəkistan da KTMT-yə daxil olmalıdır və s. Yəni geosiyasi oyun bir az da mürəkkəbləşib və bundan müxtəlif qüvvələr istifadə etməyə çalışacaq.
Qazaxıstanın içində olan mənbələr deyirlər ki, bu sırf klan mübarizəsidir və bütün problemlər ondan başlayıb. Bir çoxları da qeyd edirlər ki, KTMT qüvvələri bu yaxınlarda Qazaxıstanı tərk edəcək. Deməli, bundan sonra Qazaxıstanda hakim qüvvə KTMT ilə daha ciddi işləməyə məcbur olacaq. Amma bilmək olmaz 1 ildən, 2 ildən sonra Qazaxıstanın daxili siyasətində hansı dəyişikliklər baş verəcək”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar