Xəbər lenti
Şok iddia: "ABŞ Qorbaçova söz vermişdi ki..." – Puşkov

Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, Aleksey Puşkov “Telegram-kanal”ında yazıb: “Blinken tarixi pis bilir. O zaman ABŞ və onun prezidenti Buş üçün əsas prioritet olan Almaniyanın yenidən birləşməsindən əvvəl Blinkenin sələfi, ABŞ dövlət katibi Ceyms Beyker Qorbaçov və Şevardnadzeyə demişdi ki, Almaniyanın birləşməsi halında Birləşmiş Ştatlar öhdəlik götürməyə hazırdır ki, NATO şərqə doğru bir qarış da irəliləməyəcək”.
Aleksey Puşkov həmçinin qeyd edib ki, Mixail Qorbaçov amerikalıları və almanları bu vədi kağız üzərində təsbit etməyə məcbur etməməklə “strateji səhv hesablama” aparıb, ona görə də Moskva indi qanuni və sabit təminatlar tələb edir.
Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken əvvəllər Şimal alyansının heç vaxt genişlənməkdən imtanaya söz vermədiyini, hərbi blokun Rusiya sərhədlərinə qədər irəliləməsinin Rusiyanı heç bir şəkildə təhdid etmədiyini bildirərək, bu cür iddiaları yalan adlandırıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar