Xəbər lenti
“Rusiya və Çinin Qazaxıstan proyekti həyata keçdi, ABŞ isə...” - Politoloq
Manevr.az xəbər verir ki, bu fikirləri teleqraf.com-a politoloq Cümşüd Nuriyev deyib.
Siyasi şərhçinin fikrincə, hadisələrin ilkin mərhələsində çoxlarına elə gəlirdi ki, Rusiya prosesin içində yoxdur: “Çünki bəzi tələblər Rusiyaya qarşı idi. Məncə, bunlar qurama idi və əslində prosesə milli don geyindirmək naminə edilirdi. Əslində Qaxazıstandakı “beşinci kolon”un həyata keçirdiyi Rusiya layihəsi idi”.
Qeyd edək ki, ötən ilin dekabrın 16-da ABŞ-ın Qazaxıstandakı səfirliyi bu ölkədə iğtişaşların ola biləcəyinə dair açıqlama yayıb və ABŞ vətəndaşlarını ehtiyatlı olmağa çağırıb.
Cümşüd Nuriyev isə xatırladır ki, ABŞ səfirliyindən əvvəl rusiyalı siyasətçi Jirinovski Qazaxıstanda çaxnaşma, qarşıdurma gözlənildiyini və əsas Ukrayna olduğunu söyləmişdi.
Onun sözlərinə görə, Qazaxıstanın iki vilayətində ruslar yaşayırlar: “Moskva Qazaxıstanla bağlı Ukrayna ssenarisini seçmədi, dedi ki, bizi ora Qazaxıstan dövlət başçısı dəvət edir. Və nəticə olaraq Qazaxıstana daxil oldu. Ən vacibi bu prosesi ABŞ kənardan seyr etdi. Burada Çinin də marağı var idi. Çin də Qazaxıstana sərmayə qoymuşdu, maraqlı idi. Bu, haradasa Çin və Rusiyanın hazırladığı proyekt idi və təəssüflər olsun ki, həyata keçdi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar