Xəbər lenti
Tokayev niyə TDT-ni yox, KTMT-ni yardıma çağırdı?
Qazaxıstanda iğtişaşların baş verməsi narahatlıq doğurur. Ona görə ki, bu hadisə digər dövlətlərə də sıçraya bilər. Elə bir addım atmaq lazımdır ki, münaqişə dinc yolla həll edilsin.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.
O bildirib ki, Qazaxıstanda baş verən proseslər olduqca ciddidir:
“Hələ ki, bu iğtişaşlarda kimlərin iştirak etməsi, kimlərin bu prosesdə əlinin olması sona qədər aydın deyil. Azərbaycan üçün Orta Asiya ölkələri böyük əhəmiyyət kəsb edir. Qazaxıstanla münasibətlərimiz həmişə yüksək səviyyədə olub. Bütün MDB çərçivəsində həmişə Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev Azərbaycanı müdafiə edib, bir sıra məsələlərdə Azərbaycanın yanında olub. Qazaxıstan Orta Asiyada ən qüdrətli dövlətlərdən biridir”.
Millət vəkili qeyd edib ki, Qazaxıstanın rəhbəri Tokayevin sülhməramlılar adı ilə KTMT-ni ölkəyə dəvət etməsini doğru addım saymır:
“Bu, dövlətin daxili məsələsi olduğu üçün o qüvvələrlə görüşüb, problemi özü həll etməli idi. Xaricdən hansısa qüvvələrin Qazaxıstana dəvət olunması cəmiyyət tərəfindən də yaxşı qəbul edilən amil deyil. Qazaxıstan da Türk Dövlətləri Təşkilatının üzvüdür. Ora da müraciət edə bilərdi. İndi əsas sual budur ki, niyə Tokayev Türk Dövlətləri Təşkilatına deyil, KTMT-yə müraciət etdi? Niyə öz xalqına qarşı silah işlətdi? Bunlar sual doğuran məsələdir. Bu, onun öz xalqıdır, nədənsə narazıdır və mitinq keçirir. Onu yatırtmaq, danışıqlara getmək lazım idi”, - deyə o, qeyd edib.
Deputat əlavə edib ki, Qazaxıstanda baş verən hadisələr yüksək sürətlə inkişaf edir:
“Hadisələrin nə ilə qurtaracağı sual altındadır. Amma ümumilikdə Qazaxıstandakı iğtişaşlar Orta Asiya, Qafqaz ölkələri üçün arzuolunan deyil. Hazırda baş verən iğtişaşların arxasında kimlərin dayandığını demək çətindir. Müəyyən təhlillər aparılır, izlənilir. Ola bilər ki, bu hadisələrin arxasında geosiyasi məsələ dayansın. Bunu zaman göstərəcək”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar