“Belə görünür ki, Qazaxıstandakı üsyan, Moskvanın Qazaxıstan hakimiyyətinə olan “Salam”ıdır”.
Manevr.az xəbər verir ki, bu sözləri rusiyalı jurnalist, siyasətçi Maksim Şevçenko Teleqram kanalında yazıb.
O, Qazaxıstanda baş verən hadisələrdə Rusiyanəın “barmağı” olduğuna işarə edib.
“Kremlyönümlü kanallar tərəfindən irəli sürülən guya ki, etirazlar milliyətçi xarakter daşıyır fikirlərinə aldanmayın. Sadəcə səslənən çağırışların dili qazax dilidir. Sabit milli qazax özəyi olan ölkədə onlar necə olmalıdır ki? Qazax millətinin təbii adətlərinə, onun mentalitetinə söykənən olmalıdır.
Qazaxıstan cəmiyyətinin guya rusofob olduğu (halbuki bu belə deyil) imici son bir ildə Moskva təbliğatı vasitəsi ilə intensiv şəkildə yaradılırdı”, – Şevçenko bildirib.
Siyasətçi baş verənləri “Kremlin salamı” adlandırıb.
“Göz qabağındadır ki, Qazaxıstanda baş verənlər sizin kiminlə olduğunuzu müəyyənləşdirmək tələbi ilə Kremldən respublikanın hakim ailəsinə birbaşa salamıdır – neoimperator Moskva və onun Avrasiya inteqrasiyası layihəsi ilə, yoxsa qlobalist Qərblə, hardan ki, Qazax elitasının cibinə pul axır?”, – deyə o vurğulayıb.
Daha sonra Şevçenko proseslərin plana uyğun şəkildə olacağını qeyd edib.
“Sonra senari çox sadə ola bilər:
– Qazaxıstanda talanlara çevriləcək iğtişaşlar şiddətlənməyə başlayacaq;
– Kreml təbliğatı Rusiya qazaxlarının zülmü və onları xilas etməyin zəruriliyi mövzusunu genişləndirəcək;
– Qazaxıstanın rus şimalı rus dilinə təhlükə olduğunu və rus dünyasına qoşulacağını elan edəcək;
– Moskva Qazaxıstanda rusları xilas etməyə və “Baykonur xalq respublikası” yaratmağa başlayacaq.
Jirinovski, Nikonov və başqaları Qazaxıstanla hibrid müharibəsi üçün çoxdan zəmin hazırlayıblar”, – yazıb.
O, hadisələrin bu dərəcəyə çatmasında qazax elitasını günahlandırıb.
“Əlbəttə ki, qazax elitasının özü də Ukrayna kimi, hərisliyi və zəhmətkeş xalqa hörmətsizliyi ilə Qazaxıstanı praktiki olaraq Maydana gətirdi.Amma necə ki, Kiyev Maydanının arxasında Moskvanın siyasi texnologiya qulaqları (məsələn, Poroşenko Rusiya səfiri Zurabovun yaxın dostudur), Qazaxıstanda baş verən hadisələr Rusiya tərəfindən çox rahat qızışdırıla bilər.
Yox, təbii ki, Qərb də öz mənasız ciddi sözünü deyəcək. Narahatlıqlar, insan hüquqları və sair..
Amma Qazaxıstan Ukrayna deyil, NATO-dan uzaqdır.
Heç Qərbin özü də qərb elitası ilə sabit və anlaşılan münasibətlər quran Nazarbayev ailəsinin devrilməsində maraqlı deyil.
Moskva üçün istənilən senari yaxşı olacaq.
Aydın olur ki, son aylar Ukraynada baş verən bütün qarışıqlıqlar sadəcə olaraq Qazaxıstandan diqqəti yayındırıb.
Düşünürəm ki, Astana (Nursultan) Kremlin istəklərinə cavab verəcək.
İnteqrasiya güclənəcək və möhkəmlənəcək”, – Şevçenko yazıb./konkret.az