Xəbər lenti
Rusofobiya, kirildən imtina... Qazaxıstanı qarışdırdı?

Manevr.az bildirir ki, bu sözləri axar.az-a müsahibəsində hərbi politoloq, Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Politologiya və sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev deyib.
“Amma fakt budur ki, bu cür xarici təsir ölkə daxilində münbit şərait yarandıqda həyata keçirilir - obrazlı desək, nifaq toxumu münbit torpağa düşəndə... Mən çoxdan müşahidə etmişəm ki, müxtəlif növ “rəngli” çıxışlar üçün əlverişli mühit hakimiyyətin “həm sizə, həm də bizə” prinsipinə uyğun ikili siyasətidir. Rəsmi Nur-Sultan Rusiya ilə müttəfiqlik münasibətlərini saxlamaqla yanaşı, Qərblə, ilk növbədə ABŞ-la oynamaqdan qətiyyən çəkinmir.
Son zamanlar Qazaxıstanda rusofob əhval-ruhiyyə, kiril əlifbasından imtina, rus dilində danışmağı qadağan etmək cəhdləri fəal şəkildə özünü göstərməyə başlayıb. Bütün bunlar bu etiraz aksiyalarının xəbərçisi idi. Güman edirəm ki, onlar tezliklə sakitləşməyəcəklər. Qazaxıstanın ali rəhbərliyinə elə gəlir ki, onlar güzəştə getmək və hökuməti buraxmaqla münaqişənin qarşısını alıblar. Lakin bu, etiraz təşkilatçılarının iştahasını, hətta ekstremist əhval-ruhiyyəni oyandıracaq. Mən şəxsi təcrübəmdən bilirəm ki, Qazaxıstan hökuməti demokratik görünməməkdə və Qərbdən bu barədə ittihamlar almaqdan qorxaraq açıq-aşkar ekstremistlərə güzəştə gedib”, - həmsöhbətimiz bildirib.
Onun sözlərinə görə, Qazaxıstanın ali rəhbərliyi cəmiyyətdə asayişin bərqərar olması üçün daha sərt tədbirlər görməli olacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar