Xəbər lenti
Erməni siyasilər “Qarabağı həll etmişik” deyirdilər - Video
Qarabağ münaqişəsinin artıq həll olunduğunu erməni siyasətçilər illər öncə deyirdilər.
Manevr.az xəbər verir ki, bununla bağlı video sosial şəbəkələrin Azərbaycan seqmentində yayılıb.
Erməni siyasətçilər dünyanın işğalı qəbul etmədiyi və bütün beynəlxalq aləmin Qarabağı Azərbaycan ərazisi kimi tanıdığı istiqamətində suala hər zaman beynəlxalq qanunlara meydan oxuyurmuşcasına cavab verirdilər.
Erməni sosial şəbəkə istifadəçiləri isə bu çıxışlara hazırda sərt reaksiyalar verir, siyasətçilərin onları aldatdığını bildirirlər.
Hazırkı situasiyanı daha dərindən dərk etmək, o cümlədən Ermənistanın silahlanması, yeni ordu quruculuğu istiqamətində çalışması və sülh sazişindən yayınmasını nəzərə alaraq, erməni siyasətçilərin vaxtilə söylədiklərini yada salmağa ehtiyac var.
Ermənistanın ikinci prezidenti Robert Köçəryan:
“Geridönüş mümkünsüzdür. Bizim xalqımız Qarabağ məsələsini artıq həll edib. Bu gün danışıqların sadəcə bir məqsədi var. Bu torpaqlarda sahib olduqlarımızı sənədləşdirmək”.
“Çiçəklənən Ermənistan” partiyanın parlament fraksiyasının katibi Arman Abovyan:
“Bir vacib məqamı qeyd etmək istəyirəm. Qarabağ məsələsini erməni xalqı artıq həll edib. İstənilən dərrakəli insan bu nüansı anlayır”.
Xankəndidəki separatçıların “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan:
“Qarabağ məsələsi artıq həll olunubdur. Bizdə bütün dövlət strukturları, dövlət institutları var”.
Ermənistan parlamentinin keçmiş deputatı Azat Arşakyan:
“Qarabağ məsələsi həll olunub”.
Xankəndidəki terrorçuların “xarici işlər naziri” David Babayan:
“Qarabağ məsələsi çoxdan həll olunub”.
Ermənistanın hüquq müdafiəçisi Larisa Alaverdyan:
“Hamınız özünüzdə qeyd edin ki, Qarabağ məsələsi artıq yoxdur. Artsaxın mövcudluğu ilə Qarabağ problemi artıq həll olunub”.
VOMA təşkilatının lideri Vova Vartanov:
“Qarabağm məsələsi çoxdan həll olunub”.
Çiçəklənən Ermənistan Partiyasının lideri Qagik Çarukyan:
“Qarabağ məsələsini bizim xalqımız artıq həll edib. Sadəcə beynəlxalq səviyyədə Qarabağın tanınması lazımdır. Bununla da Qarabağ problemi tamamilə həll olunacaq”.
Erməni politoloqu Levon Şirinyan:
“Qarabağ problemi mövcud deyil, bu, süni məsələdir. Qarabağ azad edilərək, həll olunub”.
Erməni rejissor Arşak Zakaryan:
“Qarabağ məsələsini biz artıq 1994-cü ildə həll etmişik”.
Ermənistanın keçmiş müdafiə naziri David Tonayan:
“Qarabağ məsələsi artıq həll olunub. Mən müdafiə naziri kimi deyirəm: sülh qarşılığında torpaqların verilməsini yeniləmişəm, artıq yeni müharibə - yeni torpaqlar məsələsi var”.
Ermənistan Müdafiə Nazirliyinin keçmiş sözçüsü Artsrun Ovannisyan:
“Müdafiə nazirinin dediyi kimi, niyə bizdə Qarabağ məsələsinə gəldikdə mövzumuz müdafiə və 5 rayonun verilməsi olmalıdır ki? Bəlkə mövzu yenidən irəliləmək olsun”.
Bütün bunlar Ermənistanın işğaldan bir addım da geri çəkilməyəcəyi, iuşğaldakı əraziləri boşaltmayacağı, əksinə, “yeni torpaqlar” işğal etməyə hazırlaşdığı anlamına gəlir.
Bu iddialar və istəklər Ermənistanda hazırda da var və bir çox siyasətçi də xalqı yenidən qırğına körükləyir.../axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar