Sizin Reklam Burada
Xəbər lenti
27-12-2024
26-12-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan ordusunu nüfuzdan salmaq kimə lazımdır?

Tarix: 03-01-2022 15:16     Baxış: 4351 A- / A+
Azərbaycan ordusunu nüfuzdan salmaq kimə lazımdır?

2022-ci il Azərbaycanın strateji hədəfləri baxımından mühüm əhəmiyyət kəsb edir. Bu il ərzində təkcə Azərbaycanın deyil, ümumilikdə region ölkələrinin davranışları və tempi onların gələcəyi ilə bağlı bütün suallara cavab vermək üçün münbit il olacaq. Hazırda dünyada fərqli situasiya var, bütün bölgələr kimi Qafqaz da təhdid altındadır. Nəzərə almaq lazımdır ki, pandemiya şəraitində dünyada ilk müharibə Azərbaycanla Ermənistan arasında baş verdi. Müharibə etməkdə Azərbaycanın əsas hədəfi torpaqlarını işğaldan azad etmək idi. Ermənistanın da "hədəf”ləri bəlli idi. Amma qalib və məğlub olmasından asılı olmayaraq, müharibə iştirakçısı olan ölkələrin zəif hala gətirilməsi amili də qlobal güclərin hədəfləri sırasında idi. Ermənistan məğlub duruma düşdü, ordu sistemi ideoloji və inzibati bazadan məhrum edildi. Bəs Azərbaycan? Məntiqlə yanaşanda, müharibə qalib və məğlub tərəfin hər ikisinə ağır başa gəlir. Müharibənin fəsadlarını aradan qaldırmaq, istifadə olunan silahların yerini doldurmaq və orduya inamı saxlamaq çətin prosesdir. Azərbaycan belə bir təhlükə ilə üz-üzə qalmadı, müharibədən dərhal sonra nizami ordu daha peşəkar şəkildə təşkil olundu, silahların yeri dolduruldu, azad edilən ərazilərdə yeni hərbi hissələr yaradıldı, ölkənin hərbi arsenalı, ordunun şəxsi heyəti daha da artırıldı.

Bəs bu gün nə baş verir? Qalib Azərbaycan ordusu ilə xalq arasında uçurum yaratmaq və ordunu nüfuzdan salmaq üçün mənfur kampaniyaya start verilib. 2022-ci ilin cəmi iki gününü geridə qoymuşuq. Ancaq bu iki gün ərzində fərqli "sürpriz”lərlə rastlaşdıq.

Birincisi, ayın 1-də şəhid general-mayor Polad Həşimovun anasının emosional çıxışı gündəmə bomba kimi düşdü. Şəhid generalın anasına yanlış məlumatların ötürülməsi və onun uzun müddət ərzində saxta informasiyaların təzyiqi altında saxlanılması bu məsələdə əsas rol oynadı. Hədəf Azərbaycan ordusu idi, amma bu məsələdə bir generalın anasından istifadə olunması düşmənlərimizin nə qədər hiyləgər və məkrli olduğunu göstərir. Şəhid generalın anası ilə təmasda olan qazilərin kimliyi, onların fəaliyyəti, bağlı olduqları müəyyən dairələr və s. bütün bunların hamısı araşdırılmalıdır. Ən dəhşətlisi budur ki, mənfur qüvvələr bu oyunu küçə jurnalistlərindən birinin vasitəsilə həyata keçirdilər. Onlar bununla "Media haqqında” yeni qanun layihəsi ilə bağlı da mesajlar da vermiş oldular. Bu, başqa mövzunun mətnidir. Ancaq geriyə yolumuz qalmır, qanunların tanıdığı bütün imkanlar daxilində  ciddi tədbirlər həyata keçirilməlidir. Özü də radikal və qətiyyətli şəkildə! Söz yox ki, generalın anasının məlum çıxışını kim yayımlasaydı, bomba effekti verəcəkdi. Amma məsələ bunda da deyil. Bu müddət ərzində şəhid generalın anasını mütəmadi ziyarət edənlərin içərisində cənub qonşumuzun nümayəndələrinin xüsusi fəallıq göstərdiyi də diqqətimizdən yayınmadı.

General-polkovnik Kərim Vəliyevin hədəf seçilməsi isə təsadüfi hadisə deyildi. O, müstəqillik dövrü ərzində Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə təyin edilən ilk milli kadrdır. Buna qədər o vəzifəni Nəcməddin Sadıkov zəbt etmişdi. Odur ki, K.Vəliyevin hədəf seçilməsi bir o qədər də təəccüb doğurmur. Bu vəzifəyə təyin edilərkən onunla bağlı hər bir detal ələkdən keçirilib. Əldə etdiyim məlumata görə, K.Vəliyevin hər hansı bir ölkəyə bağlı olmadığı qəti şəkildə sübut olunub və bu da onun məlum vəzifəyə təyinatının gerçəkləşdirilməsində əsas rol oynayıb. O zaman sual olunur: bu, kimə, hansı ölkəyə sərf etməyə bilərdi? Təbii ki, Cənubi Qafqaz ölkələrində Qərargah rəisi vəzifələrinə təyin ediləcək şəxslərin yalnız özünə bağlı olmasını arzulayan qüvvəyə! Neçə ki N.Sadıkov 30 il bu qüvvələrə xidmət elədi. Deməli, Azərbaycan dövləti həm də böyük bir gücün orduda əsas istehkamını da dağıtmış olub.

İkincisi, dünən - yanvarın 2-də DSX-nın Qubadlı rayonunda müddətdən artıq xidmət keçən əsgəri öz xidmət yoldaşlarını qətlə yetirərək qaçması haqqında məlumatlar gündəmin əsas vitrinini təşkil etdi. Diqqət ediriksə, ordudakı xoşagəlməz hallar silsilə şəkildə və çaşdırıcı trayektoriyalarla diqqəti cəlb edir. Heç şübhəsiz, bu hadisəni fərqli məcraya yönəltmək istəyən qüvvələr yenidən aktivləşdilər. Ancaq cəbhədə, Qarabağ bölgəsində xidmət keçən hər kəs bilir ki, orduda bu tip hadisələr əsasən nizamnamədən kənar münasibətlərin nəticəsi olaraq meydana çıxır.

Bizim başqa yolumuz, məramımız ola bilməz. Ölkəmizə qarşı təzyiq və təhdidlərin elementləri açıq şəkildə nəzərə çarpır. Ancaq qorxmaq, geri çəkilmək lazım deyil. Daha ciddi qətiyyətlə mifləri dağıtmaq, ordunu tamamilə milliləşdirmək lazımdır. Çünki müharibə hələ bitməyib. Ən azı ona görə ki, Rusiyanın hərbi kontingenti "sülhməramlı” adı altında bizim torpaqlardadır. Və hələ 4 il buna dözmək məcburiyyətindəyik, daha sonra nə baş verəcək, bunu da bilmirik. Digər tərəfdən, erməni terrorçuları Xankəndidə, Xocalıda, Ağdərədə öz bildikləri kimi yaşayır, fəaliyyət göstərirlər. Deməli, Azərbaycan dövləti üçün əsas hədəf ordunu ən yüksək inkişaf mərhələsinə qaldırmaq olmalıdır. Ordu! Ordu! Bir daha ordu! Özü də ən xırda damarına qədər milliləşdirilmiş və peşəkar ordu!

Elə Prezident İlham Əliyevin orduya münasibəti də bir çox mətləblərə işıq salır. Onun istədiyi daha peşəkar və milli orduya sahib olmaqdır. Dövlət başçısının "Tərtər işi”ni nəzarətə götürməsi, yeni istintaq qrupunun yaradılması təsadüfi deyil. Bu, ordudakı mənfi təmayülləri aşkara çıxarmaq üçün İ.Əliyevin iradəsinin ifadəsidir.

Ən əsası, ordu siyasi proseslərdən kənarda tutulmalıdır. Əgər belə olmayacaqsa, orduda baş verən hər hansı xırda hadisə siyasi proseslərə də təsir göstərmiş olacaq./azsiyaset.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar