Xəbər lenti
Ölüm hökmü bərpa oluna bilər? – Müzakirə
Azərbaycanda bu cəza 1998-ci ildə ləğv edilib. Lakin ölkəmizdə elə dəhştəli cinayətlər baş verir ki, ictimaiyyət onlara qarşı ölüm cəzasının bərpasını tələb edir.
Manevr.az-ın məlumatına görə, bu barədə axar.az-a danışan millət vəkili Fazil Mustafa da bildirib ki, ölüm hökmünün bərpası məsələsi ölkəmizdə nə vaxtsa müzakirəyə çıxarıla bilər:
“Bəzi dəhşətli cinayətlərə görə ölüm hökmünün bərpası məsələsini bir neçə dəfə gündəmə gətirmişik. Bu barədə təkliflər də səslənir. Lakin biz Avropa hüquq məkanının içindəyik, öhdəliyimiz var. İndiki məqamda bunun müzakirəyə çıxarılması aktual deyil. Nə vaxtsa hüquq məkanı ilə bağlı məsələdə hansısa problemlər yaranarsa, bu məsələyə müstəqil konteksdən yanaşmaq olar”.
Hüquqşünas İradə Cavadova isə bildirib ki, ağır cinayət törədən şəxslərə ən böyük cəza ömürlük həbsdir:
“Çünki onlar ömür boyu həmin damğa ilə yaşayırlar. Ömürlük həbsxanada onların vəziyyəti heç də yaxşı olmur. Tərtər hadisəsini yadımıza salsaq, köhnə qanunvericiliklə orada vətən xaini damğası vurulan insanlara ölüm cəzası tətbiq olunmalı idi. Amma bu gün onlar zərərçəkmiş şəxs qismində çıxış edirlər. Praktika göstərir ki, ölüm cəzası verilən şəxslər arasında illər sonra bəraət qazananlar da olub. Araşdırıldıqdan sonra onların günahsız olduğu üzə çıxıb. Bu baxımdan ölüm cəzasına qayıtmaq heç də yaxşı üsul deyil. Düşünmürəm ki, Azərbaycan nə zamansa bu cəzaya qayıda bilər. Ömürlük cəza ən doğru seçimdir”.
Sosioloq Ağasəlim Həsənov qeyd edib ki, əsas məsələ ölüm hökmünün bərpasından sonra ağır cinayətlərin azalıb-azalmayacağıdır:
“Əldə olunan nəticələr göstərir ki, ölüm hökmü heç də dəhşətli cinayətlərin sayını azaltmır. İstənilən halda bu cür ağır cinayətlər var. Hadisənin qarşısı cəzanın sərtləşdirilməsi ilə deyil, fərqli yollarla alınmalıdır. Əxlaqi, mənəvi tərbiyə, şəxsiyyətin sosiallaşması məsələsini həyata keçirməliyik. Bəzən insanlar ağır cinayəti haqlı olduqları halda da törədə bilirlər. Cinayətkarlığın hüquqi və sosioloji baxımdan təhlili var. Bəzən cinayətin əxlaqi baxımdan da öz izahı olur. Bu səbəbdən ölüm hökmünün bərpasını arzu etmirəm.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar