Xəbər lenti
Eldar Həsənovun vəkillərindən Prezidentə açıq MÜRACİƏT
Hazırda həbsdə olan keçmiş Baş prokuror və səfir Eldar Həsənovun vəkilləri- Cavad Cavadov, Valeh Mehraliyev, Cəlil Mirzəyev, Adəm Məmmədov ölkə rəhbərinə mətbuat vasitəsi ilə açıq müraciət ünvanlayıb.
Manevr.az-ın xəbərinə görə, müraciətdə deyiir:
"Möhtərəm cənab Prezident!
Hüquqlarını müdafiə etdiyimiz keçmiş səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatmışdır və artıq məhkəmə çıxışları mərhələsidir.
Məhkəmənin əvvəlindən Edar Həsənov iclasların qapalı keçirilməsini israrla xahiş etsə də hakimlər bunu təmin etməmişlər və bu səbəbdən məhkəmədə baş verənlər mətbuatda geniş yayılmışdır.
İstintaq orqanının irəli sürdüyü bütün ittihamlar məhkəmədə tamamillə dağılmış, onun əleyhinə heç bir şahid ifadə verməmiş, yaxud istintaq vaxtı verdiyi ifadələrinin müstəntiqin diktəsi ilə yazdıqlarını bildirmişlər və onlardan imtina etmişlər. Azərbaycan Respublikası Baş Prokurorluğunun beynəlxalq tapşırığı əsasında 6 aya yaxın müddətdə araşdırmalarda, dindirmələrdə əleyhinə bircə sübut, dəlil aşkar olunmamışdır.
4 aya davam edən davam edən məhkəmədə müdafiə tərəfinin verdiyi 74 yazılı və şifahi vəsatətlərin hamısı əsaslandırılma olmadan rədd edilmiş, 27 yanvar tarixli iclasında isə məhkəmə tarixində görünməyən hadisə kimi verdiklərmiz 20-dən artıq vəsatət kütləvi olaraq bir kəlmə əsaslandırma aparılmadan rədd edilmişdir.
Ən dəhşətlisi isə odur ki, Eldar Həsənovun yanına həkimlərin müayinə və tövsiyə üçün buraxılmasına dair vəsatətlər, hətta onun labarator analizlərin keçirilməsinə icazə verilməsinə dair vəsatətlər belə rədd olundu. İki aydan artıqdır ki, onun yanına israrla heç bir həkim buraxılmır. Eldar Həsənov qəbul etdiyi gündəlik 31 dərmanların sayının azaldılması üçün hakimlərdən onların özlərinin tanıdığı həkimin təcridxanaya buraxılmasını xahiş etmişdir. Hakimlər hətta buna da imtina vermişlər.
Bu məsələdə məhkəmə məsuliyyəti onun saxlanıldığı yerin müdriyyətinin üzərinə yıxmağa çalışsa da “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun 22.6 maddəsində məhz məhkəmənin buna icazəsi tələb olunur.
Eldar Həsənovda mövcud olan xəstəliklər paroksizmal pozision başgicəllənmə (vertiqo), xroniki gərginlik baş ağrısı, şəkərli diabet II tip, arterial hipertoniya, sağ tərəfli diskogen boyun radikulopaatiyası, diskogen lumbarikkulopatiya, Servikal osteoxondroz, boyun və bel fəqərələrinin müxtəlif yırtıqları mövcuddur, yarımiflic vəziyyətindədir.
Bu xəstəliklərlərlə bağlı onun üçün nəinki ambulator, ümumiyyətlə heç bir müalicə aparılmır. Halbu ki, Avropa İnsan Hüquqları Məhkəməsi 19 noyabr 2021-ci il tarixdə Məhkəmə qaydalarının 39-cu maddəsinə əsasən müvəqqəti tədbir kimi üçüncü qərarında onun - ixtisaslı həkimlər tərəfindən müvafiq hesab edilən ambulator və ya stasionar şəraitdə ərizəçinin həbsdə saxlanma yerində hər bir zəruri və adekvat tibbi müalicə ilə təmin olunmasını təmin etməli qərara alınmışdır.
Ümumiyyətlə adi, elementar müalicənin Avropa İnsan Hüquqları Məhkəməsi vasitəsi ilə tələb ediməsi məcburiyyətdən irəli gəlmişdir və bəzi məmurlarımızın Eldar Həsənova qarşı qərəzli, qisasçılıq münasibətin nəticəsidir.
O məhkəmədə dəfələrlə huşunun itirilməsi nəticəsində yıxılmış, dəfələrlə məhkəmədən xərəkdə çıxarılmışdır, məhkəmə isə israrlı olaraq iclasları səhər saat 10-00 dan axşam saat 18-00 dək məhz həftədə iki dəfə aparmışdır və bütün bunlar onun səhhətinin daha da ağırlaşmasına gətirib çıxarmışdır.
Çox təəssüflər olsun ki, prokurorluğun tam nəzarətində keçirilmiş məhkəmənin bu gedişindən biz müdafiə tərəfi olaraq hər hansı ədalətli qərar gözləmirik, lakin Eldar Həsənovun 27 illik xidmətlərini nəzərə alaraq onun fiziki olaraq məhv edilməsinə yönəlmiş bu antihumanist davranışının qarşısını almaq üçün Sizdən şəxsi müdaxilənizi xahiş edirik".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar