Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

2021-ci ilin ən fəal deputatları - ADLAR

Tarix: 29-12-2021 16:25     Baxış: 3237 A- / A+
2021-ci ilin ən fəal deputatları - ADLAR

Parlament Jurnalistləri Birliyi (PJB) altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2021-ci ildəki fəaliyyətinin qiymətləndirilməsi üçün parlamentdə akkreditasiya olunmuş jurnalistlər arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb.

PJB-nin sədr müavini Aqil Aslan modern.az-a bildirib ki, ənənəvi olaraq hər ilin sonunda deputatların illik fəaliyyəti ilə bağlı sorğu keçirirlər. Onun sözlərinə görə, bu, PJB-nin sayca 15-ci sorğusudur:
“Bu sorğu da öncəki illərdə olduğu kimi 4 nominasiya üzrə aparılıb.
Sorğu nəticəsində Milli Məclisin 2021-ci ildəki fəaliyyəti dövründə plenar iclaslarda cari və gündəlikdə duran məsələlərin müzakirəsində ən fəal iştirak edən deputatlar, seçici hüquqlarını müdafiə edən ən fəal deputatlar, ölkəmizi beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputatlar, qanunvericilik təşəbüsü ilə çıxış edən ən fəal deputatlar müəyyənləşib”.
“İlin ən fəal deputatı" nominasiyasının qalibləri Sahibə Qafarova, Əli Hüseynli, Vahid Əhmədov, Fazil Mustafa və Tahir Kərimli olub. Bu nominasiyanın qalibləri Milli Məclisinin 2021-ci ildəki fəaliyyəti dövründə plenar iclaslarda cari məsələlərin və gündəlikdə duran məsələlərin müzakirəsində fəallıqlarına görə müəyyən ediliblər.
“Qanunvericlik təşəbbüsü ilə çıxış edən ən fəal deputat” nominasiyasının qalibləri isə Tahir Mirkişili, Qüdrət Həsənquliyev və Erkin Qədirli olub.
“Seçici hüquqlarını müdafiə edən ən fəal deputat” nominasiyasının qalibləri Qənirə Paşayeva, Sabir Rüstəmxanlı, Zahid Oruc, Razi Nurullayev və Aqil Abbas olub. Bu nominasiyanın qalibləri Milli Məclisinin 2021-ci ildəki fəaliyyəti dövründə seçicilərin üzləşdikləri çətinliklərin həllinə yardımçı olduqlarına, həmçinin seçicilərin problemlərini parlamentdə qaldırdıqlarına görə müəyyən ediliblər.
“Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputat” nominasiyasının qalibləri Azay Quliyev, Cavanşir Feyziyev, Kamran Bayramov və Soltan Məmmədovdur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar