Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bakının planı budur: Qarabağa yerləşir, sonra... - Baqratyan

Tarix: 28-12-2021 22:46     Baxış: 3252 A- / A+

Ermənistan Baş naziri Nikol Paşinyanın “Qarabağ Azərbaycanın Konstitusiyasına uyğun həll olunmalıdır” sözlərinin ictimai müzakirəsi davam edir.
Bu barədə keçmiş baş nazir Hrant Baqratyan da proqnozunu verib. O bildirib ki, Ermənistan hakimiyyəti “Qarabağı Azərbaycanın üzərinə atmaq istəyir”, bu isə o deməkdir ki, Qarabağdakı ermənilər heç bir status almayacaq:
“Bir müddətdən sonra Bakı Azərbaycan qanunlarının bütün Qarabağda tətbiqini tələb edəcək. Bəli, rus hərbçiləri orda qalacaq. Azərbaycan qanunvericiliyinin tətbiqindən sonra qaçqınların qayıdışına başlanılacaq, azərbaycanlılar Qarabağa qayıdacaqlar. Sonra azərbaycanlılar Ermənistana da yerləşməyə başlayacaqlar (Ermənistandan 1988-ci ildə qovulan azərbaycanlıların geri qaytarılmasına başlanılacağını nəzərdə tutur – red.), ancaq Bakı və Sumqayıtdan olan ermənilər geri qayıtmayacaq. Beləcə, problem (ermənilər üçün) daha da pisləşəcək”.
Baqratyan Rusiya sülhməramlılarının Qarabağdan çıxmasını da istisna etməyib:
“Türkiyə və Azərbaycan Qarabağ məsələsini qısa müddətdə həll etmək istəyir. Bu, Rusiyanın diqqətinin hazırda daha çox Ukraynaya yönəlməsi ilə bağlıdır”.
Keçmiş baş nazir onu da xatırladıb ki, Rusiyada Ermənistanla bağlı “təhrif olunmuş rəy” (Ermənistanın Rusiyaya xəyanət etməsi – red.) formalaşıb:
“Ermənistana qarşı təkcə Dövlət Dumasının bəzi deputatları deyil, o cümlədən XİN, hətta Prezident Putinin mətbuat katibi də mənfi fikirdədir./axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar