Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

“İctimai rəyin hədəfinə çevrilməmək üçün deputatların maaşı elə artmasa, yaxşıdır...” – Deputat

Tarix: 28-12-2021 21:05     Baxış: 3240 A- / A+


"Millət vəkillərinin maaşı dünya dövlətləri ilə müqayisədə yüksək deyil. Hətta 80 faiz dövlətin parlament üzvlərinin maaşı Azərbaycanda olduğundan yüksəkdir. Amma bunu dilə gətirməyə qorxuruq, çünki ittiham hədəfinə çevrilirik. Ona görə də ictimai rəyin hədəfinə çevrilməmək üçün deputatların maaşı elə artmasa, yaxşıdır".
 
Bunu pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.
 
Deputat qeyd edib ki, növbəti il deputatların maaşının artması planlaşdırılsaydı, büdcədə kəskin artım olardı: "Rəsmi məlumata əsasən, növbəti ildən etibarən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin əmək haqları artırılır. Milli Məclisin büdcəsi ayrı olduğuna görə, deputatların maaş artımı ilə bağlı hansısa xəbərdarlıq olunmayıb. Yəni, bu qaydanın bizə aid olub-olmayacağını bilmirik. Nəzərə almaq lazımdır ki, adətən deputatların əmək haqları artırılan zaman bu haqda müzakirələr aparılır. Onu da qeyd edim ki, ötən illə müqayisədə kəskin büdcə artımı da yoxdur. Bu da onu göstərir ki, millət vəkillərinin maaşı artırılacağı təqdirdə belə, bu, yüksək artım olmayacaq".
 
T.Kərimli, həmçinin bildirib ki, ictimai rəyə gəlincə, cəmiyyəti başa düşmək mümkündür: "Xüsusilə də aztəminatlı ailələr deputatların maaş artımından narazılıq edir, mənfi reaksiya bildirirlər. Mən fəaliyyətim müddətində hər zaman ictimaiyyətin tərəfində olmuşam və hesab etmişəm ki, deputatların maaşı kəskin fərqlənməməlidir. Amma etiraf edirəm ki, aqressiyanın yaranmasından qorxmuşam. Bir də nəzərə almaq lazımdır ki, deputat xərcləri var, əgər artım olmazsa, həmin xərcləri ödəmək necə mümkündür?!"

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar