Sizin Reklam Burada
Xəbər lenti
27-12-2024
26-12-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi bağlansa, Rusiyanın MDB planı fiaskoya uğrayacaq” - AÇIQLAMA

Tarix: 28-12-2021 14:23     Baxış: 3237 A- / A+


MDB ölkələrinin liderlərinin Sankt-Peterburqda qeyri-formal sammiti əsasən Rusiya ilə Qərb arasında yaşanan böhran fonunda keçirilir. Rusiya prezidentinin dəvəti ilə baş tutan bu sammitdə regional məsələlər, iqtisadi və siyasi proseslər müzakirə edilsə də, Vladimir Putin MDB məkanın əsas söz sahibinin də Rusiya olduğunu Qərbə nümayiş etdirməyə çalışacaq.

Manevr.az xəbər verir ki, bu fikirləri konkret.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, Rusiya prezidenti ABŞ və NATO -ya ultimatum verərək, MDB məkanında genişlənməmək və bu ölkələrdə hərbi fəaliyyət göstərməmək tələbini irəli sürüb: “ Putin həmçinin MDB ölkələrinə NATO ilə hərbi tərəfdaşlılıq etməmək mesajını verib. Belə olan təqdirdə bu sammit Moskvanın regionda siyasi-hərbi vəziyyəti gərginləşdirməsinə xidmət edir. Göründüyü kimi, Rusiya bununla ABŞ-a öz təsir dairəsini elan edib. Bu sammit Rusiyanın heç də tərəfdaş olmadığını və öz qonşularına qarşı aqressiv siyasət yürütdüyünü göstərir. Qeyd edim ki, MDB-nin perspektivi yoxdur. Otuz il ərzində Rusiya üzv ölkələrin bir neçəsinə qarşı hərbi təcavüzə yol verib, onlarla tərəfdaş kimi əməkdaşlıq etməyib”.
Yazarlar Məhəmməd Əsədullazadə
Politoloqun sözlərinə görə, Putin çalışır ki, MDB-ni yeni bir layihələr çərçivəsində inkişaf etdirsin: “Belarusla ittifaq buna nümunədir. Rusiya gələn ildən yeni bir siyasət ortaya qoyacaq. Bu, qonşu ölkələrə qarşı təzyiq siyasəti olacaq. Azərbaycan Türkiyə ilə siyasi-hərbi İttifaqı gücləndirdikcə, Rusiyanın təzyiq siyasəti Azərbaycan üçün effektli olmayacaq. Ümumiyyətlə Rusiya MDB məkanında yeni bir güclə, Türkiyə ilə qarşılaşacaq. Türkiyə Cənubi Qafqazda və Mərkəzi Asiyada Rusiyanın mövqelərini zəiflətmək üçün strateji siyasət aparacaq. Əgər, Ukrayna və Rusiya arasında müharibə başlayacaqsa, o zaman MDB ölkələri Rusiyadan uzaqlaşacaq. Ümumiyyətlə, Qarabağ münaqişəsinin bitməsi fonunda, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağalnarasa, o zaman Rusiyanın MDB planı fiaskoya uğrayacaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar