Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Prezidentin “general-leytenant” ali hərbi rütbəsi verdiyi şəxslər kimdir? - DOSYE

Tarix: 28-12-2021 10:52     Baxış: 4268 A- / A+


Prezidentin “general-leytenant” ali hərbi rütbəsi verdiyi şəxslər kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev ötən gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Manevr.az xəbər verir ki, sərəncamla "general-leytenant” ali hərbi rütbəsi alanlardan biri Zaur Qasım oğlu Abdullayevdir.
 

Z.Abdullayev əvvəllər Dövlət Sərhəd Xidmətində fəaliyyət göstərib. O, DSX-da baş leytenant olduğu dövrdə təltif olunub. Ölkə başçısının 2005-ci il 15 avqust tarixli fərmanı ilə Z.Abdullayev xidməti vəzifələrini yerinə yetirərkən əldə etdiyi yüksək nailiyyətlərə görə və Sərhəd Qoşunlarının yaradılmasının 86-cı ildönümü ilə əlaqədar "Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Daha sonra fəaliyyətini Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində davam etdirib. Zaur Abdullayevə 2012-ci ildə polkovnik rütbəsi verilib. Prezident İlham Əliyevin sərəncamı ilə o, 2014-cü ildə xidmətin rəisi müavini vəzifəsindən azad edilib və o rəisin birinci müavini vəzifəsinə təyin edilib.

2015-ci ildə isə Z.Abdullayevə general-mayor rütbəsi verilib.

Dövlət başçısının sərəncamı ilə "general-leytenant” ali hərbi rütbəsi alan Mayıl Seminar oğlu Şahverdiyev isə əvvəllər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin rəisi olub.

O, 2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.  


M.Şahverdiyevə 2018-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "general-mayor" ali hərbi rütbəsi verilib. O, 2020-ci ildə Dövlət başçısının sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyevin ötən günkü sərəncamı ilə "general-leytenant” ali hərbi rütbəsi alanlardan bir digəri isə Yusif Həsən oğlu Mirzəyevdir.

Y.Mirzəyev tanınmış alim Həsən Mirzəyevin oğludur. 1927-ci ildə Qərbi Azərbaycanda (indiki Ermənistan ərazisi) anadan olan Həsən Mirzəyev ölkənin tanınmış ictimai xadimi, məşhur "91-lər”dən biri idi. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Həsən İbrahim oğlu Mirzəyev millət vəkili də seçilmişdi.

Mirzəyev 2018-ci ildə Prezidentin sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini - Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi təyin edilib.

Ona 2019-cu ildə Dövlət başçısının sərəncamı ilə "general-mayor” ali hərbi rütbəsi verilib.

Y.Mirzəyev ötən ilin dekabrında Prezident tərəfindən "Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib./olke.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar