Xəbər lenti
Köçəryan: “Naxçıvan və Basarkeçərdə geri çəkilmişik”
“Bu il təhlükəsizlik baxımından Ermənistan üçün tamamilə uğursuz il olub”.
Manevr.az-ın cebhe.info-ya istinadən məlumatına görə, Ermənistanın eks-prezidenti Robert Köçəryan keçirdiyi mətbuat konfranslında belə deyib.
Onun sözlərinə görə, bu il bir məsələ də həllini tapmayıb:
“Hakimiyyət deyir ki, 40 kvadratmetrdən artıq ərazi düşmənin nəzarətindədir. Amma reallıqda biz daha çox əraziyə nəzarət etmirik. Azərbaycan qoşunları təxmin etdikləri sərhəd xətti boyu məskunlaşıblar və biz də ən azı 500 metrdən 1-1,5 kilometrə qədər, bəzi yerlərdə isə bir az da çox geri çəkilməyə məcbur olmuşuq. Bu, təkcə Basarakeçər bölgəsində deyil, həm də müharibədən əvvəl Naxçıvan sahəsində də baş verib”, - Robert Köçəryan bildirib.
Onun sözlərinə görə, Ermənistan bu il ərzində ən mühüm yollardan istifadə imkanını itirib:
“Bu il ərzində bizim 36 ölənimiz, 30-a yaxın yaralımız, 30-dan çox əsirimiz var”, - deyə Ermənistanın sabiq prezidenti bildirib. Onun sözlərinə görə, bu il ordunun döyüş qabiliyyətinin artırılması ilə bağlı heç bir iş görülməyib. “İki və ya üç mövqe uğrunda gedən döyüşlərdə 30 əsirimizin olması orduda ciddi problemlərin olduğunu sübut edir”.
Robert Köçəryan qeyd edib ki, 44 günlük müharibədə həlak olanların sayı hələ açıqlanmayıb.
Onun sözlərinə görə, həlak olanların ad və soyadları, tərcümeyi-halı qeyd olunan xatirə kitabının açılması lazım idi. Bu, həlak olanlara və onların ailələrinə hörmətin təzahürü olardı. “Bir ildən sonra bu sualın qeyri-müəyyən qalması normal deyil”, - deyən Köçəryan əlavə edib ki, əhalinin təqribən 70-80 faizi təhlükəsizlikdən narahatdır və buna görə hakimiyyət məsuliyyət daşıyır: “Ordunun büdcəsi elə deyil ki, gələn il bu problemlərin həll olunacağına ümid etmək olar”.
Robert Köçəryan onu da vurğulayıb ki, il ərzində Ermənistan Silahlı Qüvvələrinin üç müdafiə naziri və iki baş qərargah rəisi dəyişdirilib: “Bilirsiniz, müdafiə idarəsinin rəislərini corab kimi dəyişmək olmaz. Bunun bir izahı var-bu hakimiyyətlər döyüş qabiliyyətli orduya malik olmaqda maraqlı deyil”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar