Nikol Paşinyanın son müsahibəsi Qarabağ və regional proseslər baxımından birdən çox ciddi açıqlamalarla yadda qaldı: əvvəlki çıxışları ilə müqayisədə həm yeni fikirləri, həm də müəyyən iddialarından imtina etməsi ilə diqqət çəkir.
- BMT Təhlükəsizlik Şurası Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb, o vaxtdan ATƏT-in Minsk qrupu həm də regionun statusu məsələsi ilə məşğul olub; lakin 2016-cı ildə status məsələsi yenidən BMT TŞ-yə qaytarıldı və bu, Ermənistan üçün "fəlakət”lə nəticələndi, çünki ən mötəbər beynəlxalq platforma çərçivəsində Qarabağın statusuna ümid etmək mümkün deyil; əgər Minsk Qrupu platformasında Ermənistanın Qarabağa "xüsusi status” iddia etmək şansı var idisə, Təhlükəsizlik Şurasında bu, mümkün deyil;