Xəbər lenti
QHT-lərin “su yolu“na döndərdiyi Qarabağa niyə qarabağlılar gedə bilmir? - Deputatdan açıqlama
Bu günə qədər işğaldan azad olunmuş rayonlara QHT rəhbərlərinin və jurnalistlərn iştirakı ilə 20-ə yaxın səfər təşkil olunub. Hətta bir adamın eyni rayona 4-5 dəfə səfər etməsi ilə bağlı məlumatlar var. Halbuki əslən Qarabağdan olan, 30 ilə yaxın yurd həsrəti ilə qovrulan insanların ata yurdunu görməsi ilə bağlı müraciətlərinə heç vaxt müsbət cavab verilməyib. Buna səbəb nədir?
Niyə jurnalistlərin və QHT rəhbərlərinin “su yoluna” çevirdikləri Qarabağa, bu torpaqlarda doğulan insanlar gedə bilmir?
Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov mövzu ilə bağlı yenisabah.az-a danışıb. O, yerli əhalinin dönüşünün də yaxın vaxtlarda baş verəəcyini bildirib:
“İnşallah, hər kəs doğma yurduna, dədə-baba torpağına qovuşacaq. Bu istiqamətdə artıq bir ildən çoxdur işlər gedir. 2020-ci il noyabrın 10-u müharibə dayandığı gündən yerli əhalinin azad edilmiş ərazilərə köçürülməsi üçün təhlükəsizlik tədbirləri görülür.
Əhalinin qayıdışı üçün yüksək səviyyədə təhlükəsizlik təminatı olmalıdır. Hazırda orada evlərin tikintisi, iş yerlərinin açılışına hazırlığı gedir. Əhali orada boş qalmamalıdır, iş təminatı olmalıdır. Bunlar hamısı planlı şəkildə, dövlət başçımızın nəzarəti ilə davam edir. 2022-ci ilin yaz aylarından Ağdama, Zəngilanın Ağalı kəndinə, Şuşaya tədricən qayıdış başlayacaq.
QHT və mətbuat nümayəndələrinin, əcnəbi qonaqların azad edilmiş ərazilərə getməsi isə çox vacibdir. Bu gedişlərin köməyi ilə ermənilərin ərazilərimizdə etdikləri vəhşiliklər dünyaya çatdırılır.
İnşallah, yerli əhalinin də qayıdışı yaxın vaxtlarda baş tutacaq. Mənim Xocalım da ermənilərdən təmizlənəcək, doğma yurduma qayıdıb sönmüş ocağımızı yandıracam”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar