Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Paşinyan devrilə və digər komanda üzvü hakmiyyətə gələ bilər” - Politoloq

Tarix: 24-12-2021 16:03     Baxış: 3206 A- / A+
“Paşinyan devrilə və digər komanda üzvü hakmiyyətə gələ bilər” - Politoloq

"Türkiyə-Ermənistan əlaqələrinin normallaşması və sərhədlərin açılması istiqamətində xüsusi nümayəndələrin təyin edilməsi heç də yaxın aylarda iki ölkə arasında münasibətlərin normallaşmasına gətirməyəcək”. 

Manevr.az xəbər verir ki, bunu sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Ermənistan ilk növbədə Konstitusiya dəyişliklərinə getməli və ərazi iddialarından əl çəkməlidir:
 
"Həmçinin sözügedən ölkə Zəngəzur dəhlizini açmalıdır, çünki dəhliz məsələsi strateji önəm daşıyır. Amma Paşinyan bunu müzakirə etməkdən yayınır. Ermənistan bununla yanaşı, Qarabağa iddialardan əl çəkməli və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Danışıqlarda bir cox məsələlər masaya yatırılacaq və Ermənistan rəhbərliyinin təklifləri qəbul etməsində problemlərin yaranması istisna deyil”.
 
Politoloq qeyd edib ki, ortada olan problemlər fonunda Türkiyə-Ermənistan əlaqələrinin normallaşması və sərhədlərin açılması ilk növbədə İrəvanın atacağı addımlardan asılı olacaq:
 
"Ondan sonra Ankara və Bakı tandemi qərar verəcək. Ermənistan rəhbərliyi təkcə dəmiryol xəttinin çəkilməsinə razılıq verib. Azərbaycan üçün əsas məsələ dəhlizdir və bunun reallaşması mütləqdir. Əgər geosiyasi nizam reallaşmasa, Paşinyan devrilə və digər komanda üzvü hakmiyyətə gələ bilər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar