Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Laçın dəhlizinin nəzarətə götürülməsi AKTUALLAŞIR – NÖVBƏTİ TƏXRİBAT

Tarix: 23-12-2021 20:41     Baxış: 4219 A- / A+




“Fransanın prezidentliyə namizədinin qanunsuz yolla Laçın dəhlizindən Qarabağa gəlməsi Rusiya sülhməramlılarının məsuliyyətsiz və Azərbaycana qarşı təxribatının nəticəsidir. Düşünürəm ki, bu səfərə Moskva tərəfindən razılıq verilib".

Bunu hafta.az-a politoloq Məhəmməd Əsədullazadə  Fransa siyasətçisinin Qarabağda özbaşına davranış sərgiləməsini şərh edərkən bildirib.
Politoloq bəyan edib ki, fransız siyasətçinin Qarabağa gəlməsi qanunsuzdur və Ermənistan da burda məsuliyyət daşıyır.
Politoloq hesab edir ki, Ermənistan belə qanunsuz səfərlərin qarşısını almalıdır:
"Regionda münasibətlərin normallaşması üzrə proses gedir. Digər tərəfdən bu, 10 noyabr birgə bəyannaməsinə ziddir. Rusiya sülhməramlıları xarici ölkə vətəndaşlarını bu bölgəyə buraxmamalıdır. Görünən odur ki, bu separatizmi körükləməkə Azərbaycana təzyiq etmək istəyirlər. Rəsmi Bakı Rusiya Müdafiə Nazirliyinə də sorğu və etiraz bildirməlidir. Bütün hallarda düşünürəm ki, Azərbaycan tərəfi Laçın dəhlizinə post qoymalıdır. Dövlət başçısı Brüsseldə belə bir mesaj vermişdi” 
M.Əsədullazadə hesab edir ki, Zəngəzur dəhlizi açılsa da, sərhəddə Laçın dəhlizinə nəzarət etmədikcə, Azərbaycana qarşı belə təxribatları görəcəyik:
"Erməni separatizminin qarşısını almaq, silahlı birləşmələrin ləğvi ilk növbədə Laçın dəhlizinə nəzarətimizdən keçir. Və Azərbaycan tərəfi bunu həyata keçirməlidir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar