Xəbər lenti
Pekresin Xankəndiyə səfərinin məqsədi - Valday eksperti

Fransa prezidentliyinə namizədlər növbə ilə Ermənistanı ziyarət ediblər, Makron Azərbaycan Prezidenti və Ermənistan Baş naziri ilə görüş üçün tələsik Brüsselə yola düşüb və sosial şəbəkələrdə erməni ideyasına sadiq olduğunu bildirib. Deyəsən, Ermənistan Fransanın xarici ərazilərindən birinə çevrilir.
Manevr.az axar.az-a istinadən xəbər verir ki, bunu "Valday" klubunun üzvü, siyasi ekspert Fərhad Məmmədov deyib.
“Fransada prezidentliyə namizədlərdən biri, Pasternak həvəskarlarından olan Valeri Pekres bu məsələdə daha da irəli gedib və Rusiyanın sülhməramlı kontinqentinin Azərbaycanda müvəqqəti yerləşdikləri ərazilərə qanunsuz olaraq baş çəkib. Bu təxribatı SQ və Ermənistan hakimiyyətindən gizli şəkildə həyata keçirmək mümkün deyil”, - ekspert dildirib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyətinə və SQ rəhbərliyinə səfər barədə məlumat verilib və hətta onların özləri də bu səfərin təşkilatçısı olublar:
“Bu təxribatın Putin və Makronun danışıqlarından sonra baş verməsi də olduqca ilginc faktordur”.
Politoloqun fikrincə, sözügedən təxribatın məqsədləri aşağıdakılardır:
- Azərbaycanın Laçın dəhlizində sərhəd postlarının quraşdırmasına qarşı protest;
- Rusiya Laçın dəhlizində eksklüzivliyi itirmək istəmir və bu məsələdə Rusiya ilə Fransanın fikirləri oxşardır;
- Rusiya SQ-nin mandat məsələsini aktuallaşdırır;
- “Status” məsələsinin yox olduğunu anlayan Ermənistan rəhbərliyi ATƏT-in Minsk Qrupunun gündəminin dövlətarası xarakter aldığını anlayaraq, Qarabağ ermənilərinin “subyektliyi” mövzusunu publik səviyyədə saxlamağa çalışır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər
.jpg)


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar