Xəbər lenti
"Rusiya “Donbasda rusları qorumaq” adı altında ordusunu bu bölgəyə yeridəcək..." - Politoloq

"Rusiya prezidenti Vladimir Putin son çıxışında “geriyə yox yoxdur” deyərək Qərbə ünvanladığı “qırmızı cizgidən” vaz keçməyəcəyini bildirib. Qərb Kremlin heç bir “cizgisini” tanımadığını bəyan edib. Qərbdə heç kim Putinin “qonşu dövlətlər arxa baxçamızdır, bura daxil ola bilməzsiniz” ultimatumunu qəbul etmək fikrində deyil. Ancaq Putin sözünü deyib, o da geri çəkilməyi düşünmür. Belə olan halda hadisələr necə inkişaf edə bilər?"
Manevr.az xəbər verir ki, bunu Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Rusiya və Qərb arasında mövcud siyasi vəziyyəti şərh edərkən deyib. Politoloq vəziyyəti üç mərhələ üzrə şərh edib:
"Birincisi, Qərb Rusiyanı sakitləşdirmək üçün danışıqlara başlaya bilər. Ancaq Putin deyib ki, Rusiyanı danışıqlar adı altında aldatmağa çalışa bilərlər. Yəni Putin danışıqlardan nəticə gözləmədiyinə bəri başdan işarə edib. Kreml sahibi bir tərəfdən “danışıqlar” deyərkən, o biri tərəfdən “danışıqlar nəticə verməyəcək” fikrini səsləndirir. Putinin digər ziddiyyətli açıqlaması da var. O bir tərəfdən istəyir ki, Vaşinqton Ukraynanın və Gürcüstanın NATO üzvü oilmayacağı barədə Kremlə yazılı təminat versin, o biri tərəfdən də deyir ki, “Vaşinqtonun imzaladığı sənəd qara qəpiyə dəyməz, çünki istənilər vaxt sazişdən imtina edə bilər”. Bunu deyən o ölkənin lideridir ki, həmin dövlət Ukrayna ərazisinə iddia etmədiyinə dair 1994-cü ildə Budapeştdə sazişə imza atmış, 2014-cü ildə isə Krımı ilhaq etmişdi.
İkincisi, Kreml ultimatumuna Qərbdən qəti rədd cavabı aldıqdan sonra Krım və Belarus ərazisində takitki nüvə silahları yerləşdirəcək. Belarus prezidenti Aleksandr Lukaşenko da son müsahibələrinin birində nüvə raketlərinin ölkəsinə gerii qaytarılması üçün Moskvaya müraciət edəcəyini bildirmişdi. Yəni bu proses artıq başlayıb. Kremlin məntiqi sadədir: “Siz Rumıniya və Polşada nüvə başlıqlı raketlər yerləşdirirsinizsə, mən də eyni tip raketləri istədiyim ərazidə yerləşdirəcəm”.
Üçüncü və ən təhlükəli ssenari Rusiyanın Ukraynaya hərbi müdaxiləyə başlamasıdır. Kreml ultimatumlarla “hədəfləri” elə böyüdüb ki, bu ssenari artıq qeyri-real görünmür Rusiya “Donbasda rusları qorumaq” adı altında ordusunu bu bölgəyə yeridəcək və ardınca da, Krımda olduğu kimi “referendum” keçirib Donbassı Rusiyaya birləşdirəcək. Ancaq bu da təhlükəli proseslərin sonu olmayacaq, qarşıdurma yeni fazaya keçəcək".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər

.jpg)

Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar