Xəbər lenti
ŞOK FOTO:İran deputatları ermənilərin “soyqırım abidəsi” önündə…
Özünü islam aləminin lideri, haqq-ədalət tərəfdarı, gerçək islam dəyərlərinin daşıyıcısı və s. elan edən İran hakimiyyəti Azərbaycanın torpaqlarını işğal edən və minlərlə müsəlmanın qanını tökən, milyonlarla insanı vətənindən didərgin salan Ermənistana “dostluq jestləri” göstərməkdə davam edir.
Manevr.az xəbər verir ki, İran parlamentinin bir qrup deputatı bu gün İrəvanda ermənilərin “soyqırım abidəsi”ni ziyarət edib, onun qarşısında baş əyib və abidəyə gül dəstələri qoyublar. Bununla bağlı dərc edilən xəbərdə deyilir ki, İran-Ermənistan dostluq qrupuna aid olan iranlı millət vəkilləri “soyqırım muzeyindəki sənədlərlə” yaxından tanış olublar və xatirə kitabına qeydlər ediblər.
Ancaq məsələ bununla bitməyib. Nümayəndə heyətində yer alan İran parlamentinin Xarici əlaqələr və təhlükəsizlik komissiyasının sədri Mahmud Əhmədi Biqaş bir qədər də uzağa gedərək, Türkiyənin ünvanına ittihamlar səsləndirib. Parlamentin yüksək rütbəli təmsilçisi deyib: “Məni xüsusilə o kədərləndirir ki, insanlar bunu törədəcək qədər və hətta törətdiklərini də etiraf etməyəcək qədər dəhşətli ola bilirlər…”
Göründüyü kimi, bir çox İran rəsmiləri xüsusilə də Azərbaycanın 44 günlük müharibədəki qələbəsindən sonra Fransa başda olmaqla Qərbdəki ermənipərəst dairələrdən, bəzənsə ermənilərin özündən daha çox ermənipərəstlik etməkdən, bunun üçün tarixi saxtalaşdırmaqdan, çirkin təbliğat aparmaqdan çəkinmirlər. Və bu, artıq uzun illərdir ki, İrandakı rejimin regionla bağlı siyasətinin tərkib hissəsinə çevrilib. Odur ki, yaxın zamanda İran parlamenti qondarma “erməni soyqırımı”nı tanısa, buna təəccüblənən olmayacaq…/“azpolitika.info”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar