Xəbər lenti
Ermənistan ordusu 20 kilometr geriyə yazılı əmr əsasında çəkilib - BAŞ QƏRARGAH TƏSDİQLƏDİ…
Manevr.az xəbər verir ki, bu fakt Ermənistanda müxalifətdən olan deputatların güc strukturlarına və hökumətə ünvanladıqları çoxsaylı sorğulara cavab olaraq Baş qərargah rəisi Artak Davtyanın imzası ilə göndərilən məktubda əksini tapır. Belə məktub haqda “Ermənistan” blokundan deputat Anna Qriqoryan danışıb.
“Mənim üçün olduqca gözlənilməz oldu ki, bu günlərdə Baş qərargah rəisindən cavab aldım. Baş qərargah rəisinin imzası ilə mənə göndərilən məktub Milli Məclisin məxfi şöbəsinə təqdim edilmək üçündür, ona görə də cavabı tam dərc edə bilmərəm. Amma bir məsələ aydındır: general Artak Davtyan tərəfindən imzalanmış məktubdan görünür ki, 2020-ci ilin dekabrında Ermənistan ordusunun hissələri və könüllülərdən ibarət dəstələr yazılı əmr əsasında 20 kilometr geri çəkilib. Nəticədə Gorus-Qafan yolunun 21 kilometrlik hissəsi Azərbaycanın nəzarətinə keçib”,-o bildirib./virtualaz.org
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar