Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Ömürlük diplomatik pasport verilməsi təklifinə sabiq deputatlardan REAKSİYA

Tarix: 20-12-2021 19:28     Baxış: 4177 A- / A+
Ömürlük diplomatik pasport verilməsi təklifinə sabiq deputatlardan REAKSİYA

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatlar ömürlük diplomatik pasportun onlara da şamil edilməsini təklif ediblər. Deputat Sabir Rüstəmxanlı isə çıxışında deyib ki, diplomatik pasport millət vəkillərinə seçildiyi müddətə verilir: 
 
"Məncə, millət vəkilliyi vaxtı qurtaran, amma Azərbaycanda hələ də fəaliyyət göstərən insanların diplomatik pasportunun əlindən alınmaması üçün qanunlara dəyişiklik edə bilərik. Bu barədə düşünmək olar. Hətta bundan əvvəl deputat olan, amma indi seçilməyən deputatların da diplomatik pasportları qaytarılsın”, deyib.

Maraqlıdır, ömürlük diplomatik pasportun verilməsinə sabiq deputatların mövqeyi necədir?

Manevr.az xəbər verir ki, məsələ ilə bağlı sfera.az-a açıqlama verən keçmiş millət vəkili Ümid Partiyasının sədri İqbal Ağazadə, ömürlük diplomatik pasportun verilməsi təklifini müsbət addım kimi qiymətləndirib:
 


"Dünya təcrübəsində ömürlük diplomatik pasportun verilməsi halları var. Bir halda ki, diplomatik işlərdə işləyən insanlara belə bir pasport verilir nə üçün xalqın seçdiyi deputatlara da verilməsin? O ki qaldı ömürlük diplomatik pasportun keçmiş deputatlara da verilməsinə deyə bilərəm ki, bunda da qeyri-adi heç nə yoxdur. Çünki keçmiş deputatlar da müəyyən məsuliyyət daşıyır. Digər tərəfdən, onların sayı da çox deyil”.
 


Keçmiş deputat Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə isə deyib ki, ömürlük diplomatik pasportun verilib-verilməməsinin elə də bir fərqi yoxdur:

"Bilirsiniz, deputatı xalq seçir. Xalqın seçdiyi deputata ömürlük diplomatik pasportun verilməsində heç bir qüsur yoxdur. Lakin verilməsə də, olar”.
 
Keçmiş deputat Cümşüd Nuriyev qeyd edib ki, dünyanın hər yerində parlamentin üzvlərinə ömürlük diplomatik pasport verirlər:
 


"Ümumiyyətlə, dünyanın heç bir yerində parlament üzvlərini diskriminasiyaya uğratmırlar. Hətta keçmiş SSRİ ölkələri olan Rumıniya, Bolqarıstan, Baltikyanı ölkələrdə nəinki keçmiş parlament üzvlərinə, hətta SSRİ parlamentində təmsil olunan deputatlara da ömürlük diplomatik pasport verilir. Məsələ ondadır ki, deputat faktiki olaraq dövlət sirrini daşıyan  şəxsdir. Bu şəxs üzərindən diplomatik toxunulmazlığın qaldırılması həmin sirrin təhlükə altında olması deməkdir. Bu mənada təklifi müsbət hesab edirəm. Zəruri və lazımi bir təklifdir”. 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar