Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Rusiya Qarabağda yaratdığı qondarma "rus icması"na pasport paylayacaq” – Təhlükəli ssenari ilə bağlı açıqlama

Tarix: 20-12-2021 14:41     Baxış: 4182 A- / A+


“Rusiya Qarabağda yaratdığı qondarma

"Rusiya  hərbi karvanı  Laçın dəhlizindən keçməklə, Qarabağda etnik ermənilərə növbəti dəfə "humanitar" yardım gətirib. O, bu yardımları Ukraynanın Donbas bölgəsinə də edir. Nədənsə, həmin yardımların ərzaq deyil, silah və sursatlardan ibarət olduğu sonradan məlum olur”.
Manevr.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, nə qədər ki, Laçın dəhlizində nəzarətimiz yoxdur, Rusiya silahlı erməni birləşmələrinin əli ilə Azərbaycan üçün başağrı yaradacaq:
 
"Artıq Rusiya Xocalıda xeyli zirehli texnika yerləşdirib. Prezident İlham Əliyevin Brüsseldə "Laçın dəhlizində post qoyulmalıdır”  mesajı  təkcə Zəngəzur dəhlizi ilə bağlıdeyildi.  Bu həm də Rusiyanın Qarabağda erməni separtçılarının silahlandırılmasının qarşısını almaqdır.  Digər tərəfdən Rusiya bir müddətdən sonra Qarabağda yaratdığı qondarma "rus icmasına" pasport paylayacaq və bu da Azərbaycan üçün ciddi problemə çevrilə bilər”.

M.Əsədullazadə qeyd edib ki, Qarabağda silahlı ermənilərin fəaliyyətinin qarşısını almaq üçün gələn ildən Laçın dəhlizində post qoymalıdır:
 
"Təbii ki, Rusiyanın buna reaksiyası mənfi olacaq. Amma bu ölkə hazırkı silahlı erməni birləşmələrindən Azərbaycan və Ermənistan əlaqələrinin normallaşmaması və geosiyasi maraqlarına uyğun davam etməsi üçün istifadə edəcək. Ona görə də Azərbaycan Rusiyanın reaksiyalarına rəğmən, Laçın dəhlizində postun qoyulması istiqamətində addım atmalı ya da silahlı erməni birləşmələrinin çıxarılması ilə əlaqəli Moskva qarşısında tələb qoymalıdır”./sfera.az

 Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar