Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Laçın dəhlizində gömrük postu: Bakı sərt addımlara hazırlaşır

Tarix: 19-12-2021 12:22     Baxış: 4270 A- / A+

"Azərbaycanın əsas hədəflərindən biri Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin qurulmasıdır. 10 noyabr razılaşması buna hələ ki, imkan verməsə də, qanunsuz daşımalar, o cümlədən, Ermənistandan hərbi qüvvələrin dəhliz vasitəsilə Qarabağa gətirilməsi faktları və rus sülhməramlıların buna şərait yaratması bu məsələni daha da aktuallaşdırdı".
Manevr.az xəbər verir ki, bu sözləri modern.az-a açıqlamasında siyasi ekspert Asif Nərimanlı deyib.
Onun sözlərinə görə, rəsmi Bakı ilkin addım kimi dəhlizə vizual nəzarəti gücləndirdib və bundan sonra qanunsuz daşımaların qarşısını müəyyən qədər alınıb:
"Lakin heç kim zəmanət vermir ki, mülki ermənilər kiçikçaplı silahları bölgəyə daşımırlar. Qarabağdakı separatçı-terrorçu rejimin mülki əhalini silahlandırmaqla bağlı qərarı da o sualı gündəmə gətirdi ki, bu qədər silah haradandır? Bu, dəhlizdən hələ də qanunsuz daşımaların olduğu fikrini gücləndirir.
Prezidentin Zəngəzur dəhlizi ilə Laçın dəhlizinin iş rejiminin eyni olacağına dair şərti də buna hesablanıb və burada iki hədəf var, hansı ki, hər iki hədəfdə Azərbaycan qazanclı çıxır.
Birincisi, Zəngəzur dəhlizində Ermənistanın nəzarət-buraxılış məntəqəsinin qurulmasının qarşısını almaqdır, yəni yolun dəhliz məntiqi ilə açılmasıdır. Bakı anlayır ki, Rusiya Laçın dəhlizində post qurulmasını, ümumiyyətlə hər iki dəhlizə nəzarətin tərəflərin əlində olması ilə razılaşmayacaq. Bu baxımdan, siyasi gediş edərək, problemi Moskva-İrəvan xəttinə köçürür və hər iki variantla razılaşacağını bildirir.
İkincisi, əgər Ermənistan Zəngəzur dəhlizində nəzarət-buraxılış məntəqəsi quracaqsa, yəni Rusiya bu məsələdə İrəvana söz keçirə bilməyəcəksə, o zaman, Azərbaycan bundan istifadə edərək, Laçın dəhlizində postunu quracaq. Qeyd etdiyim kimi, Bakının əsas hədəflərindən biri budur və hazırkı situasiyada Ermənistanın mövqeyindən bu məqsədlə istifadə edir.
Laçın dəhlizində post qura bilsək, bu Qarabağda əlimizi böyük ölçüdə gücləndirəcək. Hər şeydən öncə artıq bu yol dəhliz olmayacaq. Azərbaycan Qarabağa qanunsuz daşımaların qarşısını alacaq, o cümlədən, Azərbaycan postundan keçərək, Ermənistana gedəcək. Qarabağdakı ermənilər də gələcəklərinin Azərbaycan bayrağı altında yaşamaq olduğunu qəbul etməyə başlayacaqlar. Əslində Prezident İlham Əliyev dəhlizə-dəhliz şərti həm də Qarabağdakı ermənilərə gələcəklərinin Ermənistanda olmadığı mesajının verilməsi məqsədi də daşıyırdı.
Azərbaycanın quracağı post eyni zamanda rus sülhməramlılarının, yəni Rusiyanın Qarabağdakı təsir imkanlarının böyük ölçüdə azaldacaq.
Məhz bu detal Brüsseldə əldə olunan razılığın praktiki mərhələdə işləyəcəyini sual altına salır.
Əslində Brüssel razılaşması ümumilikdə Bakının və bölgədə tək hakim olmaq istəyən Moskvanın gündəliyinə uyğundur. Əsas açıq qalan məsələ məhz dəhlizlərlə bağlıdır. Fikrimcə, Rusiya bu prosesin praktiki mərhələdə icra olunmasına qarşı çıxa bilər və bu, Zəngəzur dəhlizi ilə bağlı məsələnin yenidən Moskva masasında ayrıca müzakirə ediləcəyi deməkdir. Lakin o da istisna deyil ki, bu indi baş verməyəcək. Brüsseldə dəmiryolunun inşaası ilə bağlı razılıq əldə olunub, o cümlədən, avtomobil yolu ilə bağlı qərarlar var. Mümkündür ki, Rusiya yolların inşasına qədər prosesə müdaxilə etməsin.
Əslində bu, İrəvana da sərf edir, çünki dəmiryolu və avtomobil yolunun inşası üçün indi Paşinyana daxili auditoriyaya “Zəngəzur dəhlizi olmayacaq” deməsi lazımdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar