Sizin Reklam Burada
Xəbər lenti
27-12-2024
26-12-2024
BÜTÜN XƏBƏRLƏR

Brüssel görüşü: Əliyevin yekun hədəfi nədir? - TƏHLİL

Tarix: 14-12-2021 12:22     Baxış: 4207 A- / A+
Brüssel görüşü: Əliyevin yekun hədəfi nədir? - TƏHLİL

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan liderləri ilə ayrıca, daha sonra üçtərəfli görüş keçirəcək.

Brüssel görüşündən hansı nəticə çıxa bilər?


Noyabrda Aİ hər iki tərəflə görüşü razılaşdıranda nəticələrlə bağlı gözləntilər çox idi. Və Mişel Putini ofsayda salaraq, iki razılaşmaya nail olmuşdu:

- Sərhəddə gərginliyin azaldılması məqsədilə müdafiə nazirlərinin birbaşa təmasının yaradılması;
- Liderlərin Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində görüşünün təşkil edilməsi;

Bölgədə aktivləşmək istəyən Avropa üçün yaxşı başlanğıc idi və Brüsseldə Aİ-nin iki aktual məsələdə vasitəçiliyinin müzakirə ediləcəyi gözlənilirdi: sərhədin müəyyənləşməsi; humanitar məsələlər (mina xərtələri ilə ermənilərin dəyişdirilməsi və s.);

Hərçənd, Putinin Əliyevlə Paşinyanın Rusiyasız bir araya gəlməsinə müdaxilə etməsi, Soçi görüşünün təşkili və razılaşma Avropa masasını arxa plana keçirdi.

Birincisi, sərhədin delimitasiya və demarkasiyası üzrə rusların vasitəçiliyi ilə konkret nəticələr əldə olundu;
İkincisi, 10 erməniyə qarşılıq azad edilmiş bütün ərazilərin mina xəritələri alındı;

Bu, Aİ-nin bölgədə vasitəçilik planlarını əhəmiyyətsiz edir. Lakin Brüssel görüşün nəticəsiz bitməsini də istəmir, bu baxımdan, müəyyən razılaşmalar da mümkündür.

- Sərhədin müəyyənləşməsi məsələsində Aİ-nin ekspert yardımının qəbul edilməsi: Rusiya ekspert yardımının praktiki mərhələdə işləməsinə imkan verməsə belə razılaşmaya qarşı çıxmayacaq;
- Aİ-nin vasitəçiliyi ilə Bakıda saxlanılan ermənilərin bir neçəsi İrəvana verilə bilər;

Burada əsas məqam Bakının bir neçə ermənini İrəvəvana verəcəyi təqdirdə, qarşılığında nə istəyəcəyidir, çünki dəqiq olmasa belə mina xəritələrinin hamısı alınıb: Bakı görüşün nəticələrinin, eləcə də bəyanatların məhz post-münaqişə dövrü ilə bağlı olmasını istəyə və bununla Avropa masasında da münaqişənin bitdiyi reallığını qəbul etdirə bilər;

Əliyevin Brüssel görüşündə yekun hədəfi isə Qərbdə Minsk qrupu formatının dirildilməsi cəhdlərinə qarşı Avropa İttifaqını alternativ olaraq çıxarmaqdır.

Asif Nərimanlı
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar